Miqrantlar La-Manş tunelini ələ keçirməyə çalışıb

Fotonun müəllifi Reuters
Image caption Eurotunnel şirkətinin sözçüsü tunelin miqrantlardan qorunması üçün "təcili tədbirlərin" görülməsinə çağırıb

Təxminən 150 miqrant Kale terminalına hücum etdikdən sonra, Böyük Britaniya ilə Avropanı birləşdirən La-Manş tunelinin fəaliyyətində problemlər yaranıb.

Miqrantlar gecə vaxtı Fransa tərəfdən qadağan olunmuş əraziyə daxil olub və xidmətin fəaliyyətində gecikmələrə və dayanmalara səbəb olublar, Eurotunnel bildirib.

Şirkətin sözçüsü tunelin qorunması üçün rəsmilərdən “təcili tədbirlərin” görülməsinə və miqrant böhranının həllinə çağırıb.

Le Shuttle sərnişin xidməti, gecikmələrə baxmayaraq, fəaliyyətini davam etdirib.

Yük daşınmalarında da gecikmələr olub. Nəticədə İngiltərədə yük maşınlarının uzun növbəsi yaranıb.

Bu barədə daha geniş