Şəkillər: Planetlərə doğru səyahət

NASA-nın New Horizons missiyası Pluton planetinin indiyədək ən yaxın məsafədən aydın şəklini çəkərək fotomaterialları geri göndərib.

Mercury (NASA/Johns Hopkins University Applied Physics Laboratory/Carnegie Institution of Washington)
Şəklin alt yazısı,

Merkuri planetinin böyüdülmüş təsviri planetin kimyəvi və mineraloji tərkibindən xəbər verir. Eyni zamanda planet üzündə qayalıqların fərgini seçmək mümkündür.

Şəklin alt yazısı,

Venera planetinin fotosu kompüter üsulu ilə yaradılıb. Bu foto 1990-cu ildə Magellan kosmik zondundan alınmış görüntülər əsasında hazırlanıb. Planetin rəngini kompüter Sovet İttifaqının Venera səthinə endirdiyi "Venera13" və "Venera14" kosmik zondlarından alınmış məlumatlar əsasında seçib.

Şəklin alt yazısı,

Yer kürəsinin Apollo 11 stansiyasından çəkilmiş fotosu. İyul, 1969-cu il.

Şəklin alt yazısı,

Marineris dərələri sistemi, Qrand Kanyon, Mars planeti. Bu foto Mars orbitindən müxtəlif mövgelərdən Viking kosmik zondu vasitəsilə alınmış təsvirlərdən təşkil olunub.

Şəklin alt yazısı,

Günəş sisteminin planetləri arasında ən irisi olan Yupiter planetinin fotosu Hubble kosmik stansiyasından geniş formatlı kamera ilə çəkilib.

Şəklin alt yazısı,

Cassini kosmik zondu vasitəsilə çəkilmiş 2 foto əsasında 2004-cü ilin mayında Saturn planetinin geniş ölçülü təsviri yaradılıb.

Şəklin alt yazısı,

NASA-nın Voyager 2 kosmik stansiyası Günəş sisteminin sayca 7-ci planeti olan Uran planetinin yaxınlığından 1986-ci ildə uçub keçib. Yanvar, 1986.

Şəklin alt yazısı,

Neptun planetinin Voyager 2 stansiyasında qurulmuş kameradan görünüşü. Foto təxminən 7 milyon km məsafədən çəkilib. Şəkildə Böyük Tutqun Ləkə və onun yoldaşı - işıqlı açıq ləkə görünür.

Şəklin alt yazısı,

Pluton planetinin indiyədək ən yaxın məsafədən çəkilmiş fotosu. Foto New Horizons kosmik zondundan çəkilib. Son məlumatlar Pluton planetinin ölçülərini dəqiqləşdirməyə imkan verib. Planetin yeni ölçüsü bundan əvvəlki parametrdən 80 km daha geniş olub. Beləliklə, Pluton planeti Ay planetinin təxminən üçdə ikisi qədərdir. 2006-ci ildə Pluton planeti Benəlxalq Astronomiya İttifaqı (IAU) tərəfindən cırtdan planetlər qrupuna aid edilmişdi.