Fransa: Britaniyaya keçməyə cəhd edən "miqrantlardan biri ölüb"

Fotonun müəllifi PA
Image caption Bazar ertəsi tunelə daxil olmaq cəhdi vaxtı izdiham arasında xəsarət alanlar olub.

Fransanın Kale şəhərində La-Manş boğazı altındakı tunel vasitəsilə Britaniyaya keçməyə cəhd göstərən miqrantlardan biri həlak olub, Fransa polisi bildirir.

İnsident nəticəsində Fransa ilə Britaniyanı bağlayan nəqliyyat tunelinin fəaliyyəti pozulub.

Britaniya rəsmiləri sərnişin qatarlarının işində gecikmələrin yarandığını bildirirlər.

Güman edilir ki, ölən şəxs tuneli tərk edən yük avtomobilinin altında qalıb. Fransa polisi onun Sudan vətəndaşı olduğunu bildirir.

Yeraltı keçidi idarə edən “Eurotunnel” şirkətinin nümayəndəsi ötən gecə ərzində 1500-dək adamın Britaniyaya keçməyə cəhd göstərdiyini bildirib.

Bazar ertəsi tunelə daxil olmaq cəhdi vaxtı izdiham arasında xəsarət alanlar olub.

İyul ayının əvvəlində bir qrup miqrant Kale terminalına hücum etdikdən sonra, Britaniya ilə Avropanı birləşdirən tunelin fəaliyyətində problemlər yaranmışdır.

Bu barədə daha geniş