Royal Dutch Shell 6,500 iş yerini ixtisar etməyə hazlrlaşır

Fotonun müəllifi noncredit
Image caption Shell-də 6,500 iş yeri ixtisar olunacaq

Neft nəhəngi Royal Dutch Shell xərcləri azaltmaq proqramı çərçivəsində 6,500 iş yerini ixtisar etməyə hazırlaşdığını bəyan edib.

Şirkət bildirib ki, xərclərin azaldılması neftin ucuzlaşması təsirinin azaldılmasına imkan verəcək.

Qənaət proqramı çərçivəsində, o cümlədən, əməliyyat xərclərinin $4 milyard həcmində ixtisar olunacağı bildirilir.

Eyni zamanda kəşfiyyat işlərinin də ixtisarı gözlənilir.

Şirkətin bildirdiyinə görə, bu ilin ikinci rübündə korporasiyanın gəliri $3.4 milyard təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisindən 35% azadır.

Shell neft qiymətlərinin uzun müddət ərzində aşağı olacağı dövrünə hazırlaşdığını qeyd edib.