Çin: Tianjin sakinləri etiraz aksiyası keçirib

Fotonun müəllifi Reuters
Image caption Tianjin-də yerli sakinlər etiraz aksiyası keçiriblər

Çinin Tianjin şəhərinin 12 avqust partlayışında evləri zədələnmiş sakinləri hökümətdən kompensasiya tələbilə etiraz aksiyası keçiriblər.

Onlarla sakin mətbuat konfransı keçirilən Mayfair oteli qarşısına toplaşıb.

Sakinlərin sözlərinə görə, partlayışın baş verdiyi kimyəvi maddə saxlanan anbarın yaşayış evlərinin yaxınlığında yerləşməsi qanun pozuntusudur.

Məlumatlara görə, anbarda tonlarla natrium sianid saxlanılırmış, bu isə norma ilə nəzərdə tutulduğundan dəfələrlə çoxdur.

Anbar yaşayış evləri yerləşən ərazidən 500 metr məsafədə yerləşib, qanunla isə bu məsafə azı 1 kilometr olmalı idi.

Etiraz aksiyasının iştirakçıları zədələnmiş evləri üçün hökümətdən kompensasiya tələb etməklə yanaşı, evlərinə qayıtmağdan imtina etdiklərini də bildiriblər.

Aksiya iştirakçıları bunu zəhərli kimyəvi maddənin partlayışı nəticəsində evlərinin və yaşadıqları ərazinin insan həyatı üçün təhlükəli olması ilə əsaslandırıblar.

Bu arada Çinin baş naziri Li Keqiang Tianjində kimyəvi anbarda baş vermiş fəlakətin qurbanlarına baş çəkib.

Rəsmilərin bildirdiyinə görə, ölkənin şimal-şərqində yerləşən Tianjin limanında çərşənbə günü baş vermiş partlayış nəticəsində azı 114 adam həlak olub, yüzlərlə adam xəsarət alıb.

Partlayışlar zamanı əksəriyyəti yanğınsöndürən olan 70 nəfər itkin düşmüş sayılır.

Yaralanan 700-dək adam xəstəxanalara yerləşdirilib.

Dövlət mediası 6,000 insanın evlərini tərk etməyə məcbur olduğunu bildirib.

Partlayış nəticəsində 17,000 mənzil zədələnib.

Fotonun müəllifi na

Bu arada partlayışın səbəbini müəyyən etmək məqsədilə istintaq davam etdirilir.

Yüksək rütbəli hərbi zabitin bildirdiyinə görə, partlayış zonasının iki yerində "bir neçə yüz" ton zəhərli kimyəvi maddə olan natrium sianid aşkar olunub.

İstintaq fəlakətə nəyin səbəb olduğunu araşdırır.

Fotonun müəllifi Reuters

Yerli sakinlərin və itkin düşənlərin onlarla qohumu rəsmi mətbuat konfransları üçün istifadə olunan otelin qarşısında bir sıra "qəzəbli" etiraz aksiyaları keçiriblər.

Onlar hadisə barədə hökumətdən kifayət qədər məlumat almadıqlarını deyiblər.

Məlumata görə, şaiyələrin yayılmasının qarsını almaq məqsədilə onlarla sayt bloklanıb.

Dövlət xəbər agentliyi Xinhua bildirib ki, 50 sayt yoxlanılmamış məlumat dərc etdiyinə görə əhali arasında vahimə salmaqda ittiham olunub.

Bazar gününədək qurbanların yalnız 24-nün kimliyi müəyyənləşib və mütəxəssislər DNT testlərini davam etdiririlər.

Kimyəvi maddələrə qarşı qoruyucu geyimlə təchiz olunmuş qoşunlar şənbə günü kimyəvi maddələrin təhlükəli kokteylləri ilə iş aparmaq üçün partlayış ərazisinə daxil olub.

Fotonun müəllifi epa

Greenpeace bildirib ki, ərazidə aparılmış analizlər suyun təhlükəli sianidlə çirklənmədiyini göstərib. Amma "bu suyun tərkibində digər təhkükəli maddələrin olmaması demək deyil".

Bu barədə daha geniş