Qadınların ətəkaltı şəkillərini çəkənə həbs cəzası verildi

Fotonun müəllifi BBC World Service

Britaniya paytaxtı Londonun metro eskalatorlarında mobil telefonu ilə qadınların ətək altı şəkillərini çəkərkən yaxalanan Zeynel Uçlay adlı bir kişi üç ay müddətinə azadlıqdan məhrum edilib.

46 yaşlı Uçlay ötən ilin avqustunda metronun Stratford stansiyasında eskalatorda gedərkən mobil telefonunu iki gənc qızın ətəklərinin altına tutubmuş. O, qızların polisə şikayət etməsinin ardınca həbs edilib.

Bu zaman Uçlayın iki ay əvvəl başqa bir qadına qarşı da belə davranışı bəlli olub.

İctimai əxlaqa zidd hərəkətinə görə üç aylıq həbsxana cəzasına məhkum olunan Zeynel Uçlay üstəlik də 620 funt sterlinq (970 dollar) cərimə olunub.

Bundan başqa Uçlaya iki il müddətində ictimai yerlərdə hər hansı şəkil çəkən cihazla görünməsi qadağan edilib.