Serbiya Srebrenitsa qırğınlarında şübhəlilərə ittiham təqdim edib

Fotonun müəllifi AP
Image caption 2011-ci ildə Serbiya Bosniya serblərinin sabiq hərbi komandanı Ratko Mladici Haaqa məhkəməsinə təhvil verib.

Serbiya prokurorluğu Srebrenitsa qırğınında şübhəli bilinən 8 nəfərə ittiham təqdim edib.

İstintaq onların 20 il bundan əvvəl minlərlə bosniyalı müsəlmanın qətlində bilavasitə iştirak etdiyini hesab edir.

1995-ci ildə cəmi 3 gün ərzində Srebrenitsa şəhərində təxminən 8 min müsəlman kişi və oğlan qətlə yetirilib. Hadisə Holokostdan bəri Avropada baş verən ən dəhşətli vəhşilik sayılır.

2004-cü ildə Bosniyadakı serblərin hakimiyyəti, tabeçiliyində olan qüvvələrin qətllərdə iştirak etdiyini ilk dəfə olaraq rəsmi şəkildə etiraf edib.

Serbiya prokurorluğunun ittiham təqdim etdiyi şəxslər arasında “Qəssab Neo” adı ilə tanınan Nedeljko Milidragovic-də var. İstintaq məhz onun bilavasitə qətl əmrlər verdiyini hesab edir.

Cümə axşamı ittiham Bosniya müsəlmanlarının səhra komandirinə də təqdim olunub. Naser Oric BMT-nin Haaqadakı Hərbi Cinayətlər üzrə tribunalı tərəfindən Bosniya serblərinə qarşı hərbi cinayətlər törətməkdə təqsirkar tanınıb.

2011-ci ildə Serbiya Bosniya serblərinin sabiq hərbi komandanı Ratko Mladici Haaqa tribunalına təhvil verib. O, "etnik təmizləmələr" aparmaqda ittiham olunur.

Serbiyanın sabiq prezidenti iki il bundan əvvəl Srebrenitsa qırğınına görə ilk dəfə olaraq üzr istəyib. Lakin Tomislav Nikolic hadisələri "soyqırım" adlandırmaqdan imtina edib.

2015-ci ildə Rusiya Srebrenitsa qırğınını pisləyən BMT qətnaməsinin təsdiqlənməsinin qarşısını almaq üçün veto hüququndan istifadə edib.

Bu barədə daha geniş