Şəkillərdə: ABŞ-da kəhkəşan

Müntəzəm olaraq kəhkəşan şəkilləri çəkən fotoqraf növbəti çəkilişlərindən birində suiti ilə rastlaşıb.

Müntəzəm olaraq kəhkəşan şəkilləri çəkən fotoqraf Stephen İppolito növbəti çəkilişlərindən birində suiti ilə rastlaşdığına görə təəccüblənib. İppolito 30 saniyəlik foto-ekspozisiyadan istifadə edib. O həmçinin qısa 1.3 saniyəlik foto-ekspozisiyadan istifadə etməklə suitinin şəklini çəkib və sonra şəkilləri birləşdirib.
Şəklin alt yazısı,

İppolito-nun digər şəkilləri arasında Amerikanın müxtəlif bölgələrində çəkilmiş kəhkəşan görüntüləri də var. Bu fotoşəkil Arizonada, Cathedral Qayalığında çəkilib.

Şəklin alt yazısı,

Kəhkəşan mərkəzi mavi və ətrafında ulduzlardan ibarət spiralvari disklər, qaz və toz olan spiralvari qalaktikadır. Bütün qalaktika, mərkəzi ox ətrafında fırlanır. Bu "Sehirli Ağac" şəkli Utah ştatında, Arches Milli Parkında çəkilib.

Şəklin alt yazısı,

Sedona şəhəri yaxınlığında çəkiliş zamanı istifadə edilmiş 30 saniyəlik foto-ekspozisiya zamanı çaxan şimşək buludları və səmanı işıqlandırıb.

Şəklin alt yazısı,

Vermont ştatında çəkilmiş bu fotoşəkil üçün İppolito 30 saniyəlik foto-ekspozisiyadan və fləş işıqdan da istifadə edib.

Şəklin alt yazısı,

California ştatındakı Joshua Tree Milli Parkında yerləşən Qaya Tağ.

Şəklin alt yazısı,

Marshall Point Mayakından çıxan işıq səmaya yayılır, lakin ulduzlar hələ də nəzərə çarpır.

Şəklin alt yazısı,

Həmin mayakdan çəkilmiş bu panorama, 11 fərqli şəklin birləşməsindən əmələ gəlib.

Şəklin alt yazısı,

Bu şəkildə isə fotoqraflardan biri uzaqda dayanaraq fənərini işıqlandırır, digər fotoqraf isə uzun foto-ekspozisiyadan istifadə etməklə şəkli çəkib.