Məkkədə kranın aşması ilə bağlı insident araşdırılır

Fotonun müəllifi AP
Image caption Hadisə nəticəsində 100-dən artıq adam həyatını itirib.

Səudiyyə Ərəbistanı hakimiyyəti Məkkə şəhərindəki Böyük Məscid üzərinə kranın aşması ilə bağlı hadisəni araşdırmağa başlayıb.

Həcc ziyarətinə hazırlıq vaxtı baş vermiş hadisə nəticəsində ən azı 107 adam ölüb, 230 nəfərin xəsarət aldığı bildirilir.

Sosial şəbəkələrdə əl-Həram, yəni Böyük Məsçidin damını sındırmış qaldırıcı kranın görüntüləri paylaşılır.

Bəzi şəkillərdə faciə qurbanlarının cəsədləri və yerdəki qan izlərini görmək olar.

Fotonun müəllifi AP
Image caption Sosial şəbəkələrdə yerə aşan qaldırıcı kranın görüntüləri paylaşılır.

Ehtimal olunur ki, kranın aşmasına səbəb güclü külək və yağış ola bilərdi.

Ötən həftə boyu Səudiyyə Ərəbistanında şiddətli toz fırtınaları tüğyan edib.

Fotonun müəllifi EPA
Image caption Faciə nəticəsində 200-dən artıq adam xəsarət alıb.

Hazırda Məkkədə Həcc ziyarətinə hazırlıq davam edir.

Rəsmi məlumata əsasən 2012-ci ildə Həccə 3 milyon müsəlman qatılıb.

Fotonun müəllifi AFP
Image caption Hadisədən sonra faciə yerində xilasedicilər işləməyə başlayıb.

2006-cı ildə Məkkədə ibadət vaxtı yaranan basabas nəticəsində 340 adam ölmüşdü.

O vaxtdan bəri Səudiyyə Ərəbistanı təhlükəsizlik səbəblərinə görə zəvvarların sayının azalmasına yönələn addımlar atır.

Əl-Həram məscid kompleksininin daxilində yerləşən Kəbə İslamın ən müqqədəs ziyarətgahı sayılır.

Fotonun müəllifi Reuters
Image caption Ötən il başlanan inşaat işləri nəticəsində məscid kompleksinin ərazisi 400 min kvadrat metrəyədək genişləndirilib.

Kəbə ətrafında məscidin tikilməsi barədə ilk məlumatlar VII əsrə aiddir.

O zamandan bəri əl-Həramda bir neçə yenidənqurma işləri aparılıb.

Fotonun müəllifi Reuters
Image caption Əl-Həram məscid kompleksininin daxilində yerləşən Kəbə İslamın ən müqqədəs ziyarətgahıdır.

Ötən il başlanan inşaat layihəsi nəticəsində məscid kompleksinin ərazisi 400 min kvadrat metrəyədək genişləndirilib.

İnşaat başa çatandan sonra məscid eyni zamanda 2,2 milyon zəvvarı qəbul edə biləcək.

Bu barədə daha geniş