Miqrant böhranı 5 ürəkaçan fotoda

Miqrantlar, qaçqınlar haqqında eşidəndə ilk olaraq ağlınızdan nə keçir?

Yəqin ki, gülümsəyən uşaqlar və ya sevinclə dolu anlar deyil. 1990-cı illərdə Qarabağdan məcburi köçkünlər, Türkiyə sahilində boğulmuş üç yaşlı Alan Kurdi və ya Beyrutdakı əlacsız atanın təcasümü daha tipikdir.

Amma son günlər ərzində böhranın o biri tərəfini göstərən fotolar da çox populyarlaşıb. Aşağıda, sosial şəbəkələrdə geniş yayılan bəzi fotolara nəzər salırıq.

Danimarkalı polis işçisi və gənc qız

Fotonun müəllifi Other
Image caption "Qaçqın fotolarının hamısı tragik deyil. Bu, rastlaşdığım ən sevinclə dolu [fotodur]" - politoloq Ian Bremmer bu fotonu öz səhifəsində paylaşıb

Danimarka polisinin gənc qızla zarafat edib oynamasını göstərən fotolar Facebook, Twitter və Reddit şəbəkələrində minlərlə dəfə paylaşılıb.

Çoxlu müzakirələr də olub. Bir Facebook istifadəçisi yazıb: "Niyə dünya həmişə belə olmur axı. Bu anlar o qədər nadirdir ki, biz onları paylaşmalı oluruq".

Digərləri daha skeptik yanaşıb: "Məsələ ondadır ki, bu adamlara kömək etmək istəyirsinizsə", bir Reddit istifadəçisi yazıb, "daha məqsədəuyğun addım - onlara öz ölkələrindəki vəziyyəti yaxşılaşdırmaq üçün pul verməkdir".

Xoşbəxt cütlüklər

Fotonun müəllifi AP

Associated Press agentliyinin Yunanıstana yenicə çatmış bir cütlüyün öpüşünü göstərən fotosu həmçinin Facebook-da geniş yayılıb.

"Europe says OXI" ("Avropa YOX deyir") adlı qrup miqrantları dəstəkləyir və öz səhifəsində müxtəlif fotolar paylaşır. Onlardan birini 2 000-dən çox istifadəçi paylaşıb.

Fotonun müəllifi Other
Image caption "Onlar Suriyanı tərk etməzdən bir gün əvvəl evləndilər. Almaniyaya gedən qatara minə bildilər. 'Bu, bizim bal ayımızdır' - deyə zarafat edirlər", Europe says OXI adlı səhifə bu fotonu paylaşıb

Kişi və pişiyi

Fotonun müəllifi Other
Image caption "Suriyalı qaçqın balaca pişiyi ilə Yunanıstana çatıb. Yəqin ki, Suriyada çoxlu ev heyvanları qalıb" - fotonu paylaşan Sonia Smart

İnsanlar arasında xoşbəxt anlardan başqa, bu foto silsiləsi də internet hitinə çevrilib: suriyalı kişinin pişiyi ilə oynaması xüsusilə Twitterdə geniş yayılıb.

Serbiya polisi və oğlan

BBC prodüseri Manveen Rana Serbiya-Makedoniya sərhədində bu fotonu çəkəndə, heç gözləmirdi ki, bu foto qədər məşhurlaşacaq - minlərlə adam onu paylaşıb və bəyənib.

Suriyalılar Serbiya polisi haqqında: "Bizimlə heyvan kimi davranmayan yeganə polislər".

#BBCtrending-in materialı əsasında hazırlanıb.

Bu barədə daha geniş