ABŞ-da ilk marixuana kurortu açılacaq

Fotonun müəllifi AP
Image caption Açılacaq kurort bu binada yerləşəcək.

Cənubi Dakota ştatının yerli santi-siu tahfası ABŞ-da ilk marixuana kurortunu açmaq niyyətində olduğunu bildirib.

400 adamın yaşadığı tayfanın rezervasiyasında artıq kazino, otel və ranço fəaliyyət göstərir. Güman edilir ki, açılacaq kurort yeni gəlir mənbəyinə çevriləcək.

Fotonun müəllifi AP
Image caption Kurortda artıq marixuana yetişdirməyə başlayıblar.

Cənubi Dakotada marixuana çəkmək yasaqdır, lakin yerli qəbilələrin məskunlaşdığı ərazilərə geniş müxtariyyət verilib və xüsusi hüquqlara malik rezervasiyalarda həyat tayfaların tarixi ənənələrinə uyğun qurulur.

İyun ayında santi-siu tayfasına marixuana yetişdirib satmaq haqqı verilib.

Məlumata əsasən hər bir adam gündə yalnız bir qram marixuana ala bilər və onu xüsusi ayrılmış yerdə çəkməlidir. Bir qramlıq marixuana paketinin 12-15 dollara satılacağı deyilir.

Kurort dekabrın 31-də açılmalıdır. Onun hər gün 2 milyon dollar gəlir gətirəcəyinə ümid edilir.

"Biz böyüklər üçün əsl əyləncə məkanı yaratmaq istəyirik"? - santi-siu tayfasının lideri Anthony Reider deyib.

Bu barədə daha geniş