Belaruslu yazıçı Svetlana Aleksiyeviç Nobel mükafatı qazanıb

Fotonun müəllifi Getty

Belaruslu yazıçı və jurnalist Svetlana Aleksiyeviç ədəbiyyat üzrə Nobel mükafatını qazanıb.

Münsiflər heyətinin təqdimatında yazıçının hekayəsi "zamanımızın şücaəti və iztirablarının abidəsi" kimi təsvir edilib.

Aleksiyeviç 2013-cü ildə Nobel mükafatına namizədlərdən biri olub.

Onun ən məşhur hekayələri arasında "Müharibənin qeyri-qadın üzü", "Sink oğlanlar" və "Çernobıl duası" var.

Svetlana Aleksiyeviç ədəbiyyat üzrə Nobel mükafatını qazanmış sayca 14-cü qadın olub.