London: Big Ben saatı təmir olunmalıdır

Fotonun müəllifi PA
Image caption London da Big Ben saatının təmir vaxtı gəlib çatıb

Londonun rəmzinə çevrilmiş Big Ben saatı təmir işlərinin aparılması üçün bir neçə ay müddətinə dayandırıla bilər.

Britaniya parlamentinin xüsusi komitəsinin hazırladığı hesabata əsasən, Big Ben saatının işlək rejimini qoruyub saxlaya biləcəyi hazırda böyük sual altındadır.

Hesabatda qeyd olunduğu kimi, Londonun əsas rəmzi sayılan Big Ben təcili sürətdə təmir olunmalıdır, təmir işlərinin xərici təxminən 60 milyon dollar təşkil edə bilər.

Parlament hesabatının müəllifləri hesab edirlər ki, təcili təmirdən keçməzsə, Big Ben zənginin səsi bata bilər, bu isə, Britaniya parlamentinin beynəlxalq nüfuzuna kölgə ata bilər.

Nəhəng saatın əqrəblərinin, saat mexanizminin, kəfgirin və Big Ben qülləsinin özünün təmirə ehtiyacı var.

Big Ben qülləsi və saatı sonuncu dəfə 31 il bundan əvvəl təmir olunmuşdu.

Parlamentin Maliyyə komitəsinin məruzəsində qeyd edildiyi kimi, Big Ben-in 156 il yaşı olan saat qülləsində problemlər, o cümlədən, daş hörgüsündə çatlar qeydə alınıb.

Mail on Sunday və Sunday Times qəzetlərinin yazdığına görə, saat mexanizmində təmir işləri aparılmasa, saat mexanizmi sıradan çıxa bilər, bu isə parlamentin beynəlxalq nüfuzna xələl gətirər.