Xoşbəxtliyi pulla almaq olarmı?

Fotonun müəllifi Thinkstock

Tez-tez eşitmək olar ki, xoşbəxtliyi pulla almaq mümkün deyil, lakin Nobel mükafatçısı, iqtisadçı Angus Deaton hesab edir ki, rifah ilə xoşbəxtlik hissi arasında müəyyən əlaqə var.

Angus Deaton-un sözlərinə görə, onun xoşbəxtlik mövzusu cəmiyyəti daim ən çox maraqlandıran mövzulardandır.

Xoşbəxtliyi pulla almağı mümkün saymayanlar üçün onun fikirləri gözlənilməz görünə bilər.

Fotonun müəllifi Thinkstock
Image caption Xoşbəxtliyi ölçmək mümükündürmü?

Xoşbəxtlik nədir?

Filosoflar bu məsələdə yekdil fikirə gələ bilmirlər.

Professor Deaton-un sözlərinə görə, xoşbəxtliyi ölçmək üçün o, əsasən, iki məsələyə diqqət verir.

Birisi gündəlik xoşbəxtlik hissilə bağlıdırsa, ikincisi insanın ümumilikdə həyatından razı qalıb-qalmamasını nəzərdə tutur.

Misal üçün, professor belə bir sual verə bilər:"Dibi 0 xal, zirvə nöqtəsi isə 10 xal olan həyat nərdivanında siz özünüzü harada görürüsüz?"

Fotonun müəllifi Thinkstock
Image caption Professor Deaton-un araşdırmaları gəlirlə rahatlıq hissi arasında sıx əlaqəni aşkar edib.

Xoşbəxtliyi pulla almaq mümkündür

Professor Deaton-un sözlərinə görə, insanların həyatdan razı olub-olmamaları barədə suala cavabı birbaşa onların gəlirinə bağlı olur.

Yəni, Bill Gates ondan daha az var-dövləti onlanlarla müqayisədə özünü daha xoşbəxt hiss etməlidir, professor zənn edir.

"Bu, loqarifmik şkalaya bənzəyir, nərdivanda yüksəlmək üçün sizə getdikcə daha çox pul lazım olur", professor Deaton deyir.

Beləliklə, pulla xoşbəxtliyi almaq olarmış, ən azı, həyatdan razılıq hissi təmin etmək üçün.

Fotonun müəllifi Thinkstock
Image caption Professor Deaton deyir ki, gündəlik xoşbəxtlik hissi gəlirdən daha az dərəcədə asılıdır.

Gündəlik xoşbəxtlik hissi

Bəs görəsən, hər gün "Necəsən, işlərin necə gedir?" sualına cavab verən insanlar gün ərzində yaşadıqlarını necə dəyərləndirirlər?

Professor Deaton hesab edir ki, gündəlik xoşbəxtlik hissi də puldan asılıdır, lakin bu, əsasən, illik gəliri təxminən $75,000 olanlara aiddir.

Fotonun müəllifi Thinkstock
Image caption ABŞ-da ildə $75,000-dən az olan qazanc insanın xoşbəxtlik hissinə mənfi təsir göstərir

Professorun sözlərinə görə, ABŞ-da ildə $75,000-dən az qazananlar maddi təminatlarından narahatlıq hissi keçirdiklərindən, özlərini daha az xoşbəxt hiss edirlər.

"Pulsuzluq insanın gündəlik həyatını miskinləşdirirsə, normadan yuxarı əlavə qazanc elə bir böyük fərq etmir", professor qeyd edir.

Beləliklə "Xoşbəxtliyi pulla almaq olarmı?" sualının cavabı qazancın miqdarı ilə yanaşı xoşbəxtlik anlamının konkret şəxs tərəfindən necə başa düşüldüyündən də asılıdır.

Princeton universitetinin iqtisadiyyat və beynəlxalq əlaqələr üzrə professoru Angus Deaton BBC-nin "More or Less" proqramına danışıb.