Misir: İki təyyarə uçub, qalanları dayandırılıb

Fotonun müəllifi PA

Şarm-əl-Şeyx hava limanında qalmış Britaniyalı turistləri daşıyacaq 29 təyyarədən 8-ə uçma izni verilib.

İki Easyjet təyyarəsi artıq Misir istirahət zonasından uçuşa başlayıb, amma digərlərinə icazə verilib-verilməyəcəyi bəlli deyil.

Bundan əvvəl Misir höküməti Easyjet şirkətinin xilas təyyarələrinə Şarm əl-Şeyx şəhər hava limanında gözləyən britaniyalıları daşımağa icazə verməyib, təyyarə şirkəti bildirib.

Şarm əl-Şeyxdə istirahətdə olan insanlar çərşənbə günü Britaniya hökümətinin buraya və geriyə reyslərini dayandırmasından sonra aeroportda qalıb.

Hökümət bu qərarı Şarm əl-Şeyx şəhərindən uçan Rusiya təyyarəsinin partladılmasından sonra verib.

Rusiya prezidenti Vladimir Putin Misirə olan bütün uçuşların qəzanın səbəbinin açıqlanmasına qədər ləğv edilməsi əmrini verib.

İlk Easyjet təyyarəsi yerli vaxtla saat 10-də Gatwick hava limanına yola düşüb, digəri isə 1 saat sonra Lutona uçub.

Hökümət rəsmiləri deyib ki, vətəndaşların hamısının bu axşama kimi evlərinə dönəcəyi bəlli deyil.

Bundan əvvəl Nəqliyyat Katibi Patrick McLoughlin BBC-ə bildirib ki, vətəndaşların cümə axşamı qayıdacağına ümid edilir.

Cümə səhəri Easyjet bildirib ki, rəsmilər Britaniya hava gəmisinə limanda enməyə icazə vermir. Şirkət həmçinin bildirib ki, digər 7 Britaniya təyyarəsi də fəaliyyət göstərə bilmir.

Bu gün hava limanından 20-dək Britaniya təyyarəsinin uçacağı gözlənilirdi.

Monarch, Thomson, Thomas Cook və British Airways şirkətləri də Şarm əl-Şeyxdə gözləyən 19 minə yaxın vətəndaşı geriyə aparmalıdır.

Monarch bildirib ki, 5 təyyarəsi Şarm-əl-Şeyx istiqamətində uçub. British Airways isə qeyd edib ki, təyyarələrinin Misirdə enməsinə problem olacağına inanmır.

Böyük Britaniyadan Şarm-əl-Şeyx istiqamətində uçan xarici təyyarələrə qoyulan qadağa hələlik davam etsə də, Xarici İşlər Nazirliyi ucuşlar barədə məsləhətləri davam etdirir.

Şənbə günü Şarm-əl-Şeyxdən Peterburqa uçan Metrojet Airbus A321 təyyarəsi Sinay səhrasında qəzaya uğrayıb, 224 insan həyatını itirib.

Britaniya təhqiqatçıları inanır ki, limandan çıxmadan öncə təyyarəyə bomba qoyulub, BBC-ə bildirilib.

Bu barədə daha geniş