Butulka qapaqlarından Van Gogh necə yarandı?

Fotonun müəllifi Xiaoming Girls School
Image caption Məşhur hollandın butılka qapaqlarından hazırlanmış əsəri

Tayvanın orta məktəblərindən birində şagirdlər 30 min rəngbərəng butulka qapağından istifadə etməklə Van Gogh-un “Ulduzlu gecə” tablosunun surətini yaradıblar.

Bu işi Tayçunqdakı qızlar məktəbinin şagirdləri 50 dəqiqəyə görüblər. Onlar kiçik manqalarla ayrı-ayrı parçalar üzərində işlədikdən sonra nəticəni birləşdiriblər. Bu barədə xəbər verən Tayvanın ET Today saytı bildirir ki, tablonun ümumi sahəsi 250 kvadrat metrdir.

Müəllim Vu Qinqçuan deyir ki, şagirdlərində təkrar emal və kollektiv iş barədə təsəvvür yaratmaq istəyib. O bildirib ki, bu iş daha çox özünəqapalı uşaqları başqaları ilə ünsiyyətə məcbur edib. Belə olmasaydı, tablonun müxtəlif hissələrini bir-birinə uyğun şəkildə yaratmaq olmazdı.

Sinif butulka qapaqlarını hələ yaydan yığmağa başlamışdı, lakin bu heç də asan iş deyildi.

“Heç ağlıma da gəlməzdi ki, uşaqlar bu qədər az maye içirlər, - deyib cənab Vu, - Onlar butulka qapaqlarını valideynlərinin, dostlarının və qohumlarının köməyi ilə toplayıblar”.

Fotonun müəllifi Xiaoming Girls School
Image caption Şagirdlər tablonun ayrı-ayrı hissələri üzərində manqalarla işləyiblər

Müəllim deyir ki, qapaqların yuyulub təmizlənməsində uşaqlara yerli sakinlər də kömək ediblər. Bu işdə iştirak edənlərin hamısı nəticədən razı qalıb. Qızlardan biri Çin televiziyasına deyib ki, butulka qapaqlarından belə bir sənət əsərini yaratmaq doğrudan da heyrətamizdir.

Materialı BBC Monitoring hazırlayıb.