Əfsanəvi boksçu Məhəmməd Əli Trump-ı tənqid edib

Fotonun müəllifi Reuters
Image caption Məhəmməd Əli İD qruplaşmasını da tənqid edib

Boks əfsanəsi Məhəmməd Əli ABŞ respublikaçı prezidentliyə namizəd Donald Trump-ın müsəlmanların Amerikaya girişinə qadağa qoyulması ilə bağlı təklifini tənqid edib.

Cənab Trump-ın adını çəkmədən Məhəmməd Əli bildirib ki, müsəlmanlar “İslamdan öz şəxsi mənfəətləri üçün istifadə edən şəxslərə qarşı durmalıdırlar”.

73 yaşlı üçqat dünya çempionu, mədəni rəmz hesab olunur və dünyanın məşhur müsəlmanlarından biridir.

Cənab Trump bildirib ki, çoxsaylı tənqidlərə baxmayaraq heç vaxt fikrindən daşınmayacaq.

Ağ Ev bildirib ki, onun şərhləri onu prezidentliyə namizədlikdən “diskvalifikasiya” edir.

Cənab Əlinin fikirləri “müsəlmanların Birləşmiş Ştatlara mühacirətinin qadağan olunmasını təklif etmiş prezidentliyə namizədlərə” yönəlib.

“Onlar bir çoxunu İslamı öyrənməkdən yayındırıblar,” o bildirib.

Keçmiş çempion cihadçı İslam Dövləti (İD) qruplaşmasının törətdiyi zorakılığı da pisləyib.

“Əsil müsəlmanlar bilir ki, özünü islamçı cihadçı adlandıranlar dinimizin təməlinə zidd hərəkət edirlər,” o bildirib.

ABŞ prezidentliyinə namizəd Donald Trump California ştatında ölümcül atışmanın ardından müsəlmanların Amerikaya gəlməsinə qadağa qoymağa səsləyib.

Bu barədə daha geniş