İraq: Ramadi "azad edilib"

Fotonun müəllifi Reuters

İraq şəhəri Ramadi özünü İslam Dövləti adlandıran qruplaşmadan "azad edilib", Ordu sözçüsü Brig Yahya Rasul bildirib.

Onun sözlərinə görə, Ordu "şücaət" göstərib və İraq bayrağını hökümət binalarına sancıb.

İraqın hökümət qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumlarının yardımı ilə Raqqa şəhərini "geri qaytarıb".

Qoşunlar bazar günü şəhərin əsas binalarını tutaraq addım-addım irəliləyib. Sonda isə hökümət binasında yerləşən İD döyüşçülərinin ya öldürülməsinə, ya da qovulmasına nail olub.

Fotonun müəllifi AFP

Qaçan İD döyüşçülərinin şəhərin şimal-şərqinə getdiyi güman edilir.

Əsasən sünni müsəlmanların yerləşdiyi bu şəhər Bağdadın qərbində yerləşir.

Şəhər may ayından bəri İD tərəfindən zəbt edilib.

Bu barədə daha geniş