Suriya münaqişəsi: Mühasirədə olan kəndlərdə "acınacaqlı vəziyyət"

Fotonun müəllifi Reuters

Suriyada mühasirədə olan üç kənddə vəziyyət "son dərəcə ağırdır", Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) xəbərdarlıq edib.

Fəallar bildirirlər ki, bir neçə dinc əhali üsyançıların nəzarətində olan Dəməşqin yaxınlığındakı Madayada qida və dərman çatışmazlığı səbəbindən vəfat edib. Buradan qaçmağa çalışarkən həlak olanlar da var.

İnsanların hökumətin nəzarətində olan Qədəğ və Kefrayada yaşamaq üçün ot yeyikləri də bildirilir.

BQXK bildirib ki, yaxın günlərdə hər üç kəndə yardım çatdırmağa ümid edir.

BMT deyir ki, Suriyada dörd illik münaqişə dövründə beynəlxalq insan hüquqlarına zidd olaraq bütün tərəflər mühasirə taktikasından istifadə edib.

Oktyabrın sonlarına olan məlumata görə, təqribən 393 700 nəfər blokada şəraitində yaşayıb.

Madaya, hökumət qüvvələri və onların müttəfiqləri olan Livanın şiə islamçı Hizbullah hərəkatı tərəfindən iyul ayının əvvəllərində mühasirəyə alınıb.

Oktyabrın ortalarında 40 min nəfərin yaşadığı güman edilən kəndə 21 yük maşınının tibbi və humanitar yardım çatdırılmasına icazə verilib.

BQXK sözçüsü Pawel Krzysiek BBC-yə bildirib ki, o, ötən yardım çatdırılması zamanı Madayada olub. Onun sözlərinə görə, indi vəziyyət "daha da acınacaqlıdır".

İnsan Hüquqları üzrə Suriya Rəsədxanası monitorinq qrupu bildirir ki, son həftələrdə kənddə qida çatışmazlığından azı 10 nəfər ölüb. Qrupun məlumatına görə, kəndin daxilində 1 200 nəfər xroniki xəstəlikdən, 300-dən çox uşaq isə aclıq və digər patoloji xəstəliklərdən əziyyət çəkir.

"Vətəndaşları ölür. Onlar pişik və itləri yeyirlər," ailəsi Madaya-nın daxilində olan fəal çərşənbə axşamı BBC-yə bildirib.

Fəal BMT və beynəlxalq aləmi "Madaya xalqına dəstək olmaq və humanitar dəhliz açmaq" üçün çağırış edib.

Bu barədə daha geniş