Fransada avtobus qəzası: İki uşaq ölüb

Image caption Avtobus Monteau və Pontarlier şəhərləri arasında səyahət edib.

Fransanın şərqində məktəb avtobusunun qəzaya uğraması nəticəsində iki uşaq həyatını itirib, ən azı dörd nəfər isə yaralanıb.

Sürücünün qarlı yolda nəzarəti itirməsinə görə avtobus aşıb və iki 15 yaşlı uşaq həlak olub.

Avtobus sürücüsü və üç uşaq isə yüngül xəsarət alıb.

Avtobus Monteau və Pontarlier şəhərləri arasında səyahət edib.

Sərnişinlər Pontarlier-ə aparılıb, yol qapadılıb.

Qəzaya başqa bir avtomobilin də səbəb olmasına dair ziddiyyətli məlumatlar var.

Hadisə ilə bağlı araşdırma aparılır.