Bəşər Əsəd: "Bütün Suriyanı geri alacağıq"

Fotonun müəllifi AFP

Suriya Prezidenti Bəşər əl-Əsəd "bütün ölkəni geri almaq" niyyətində olduğunu deyib.

AFP agentliyinə müsahibəsində o deyib ki, üsyançıları məğlub etmək vaxt tələb edir, çünki məsələyə regional güclər qarışıb.

Bu arada dünya gücləri Suriyada vuruşmanın bir həftə ərzində dayandırılmasına dair razılıq əldə ediblər.

BMT bildirir ki, Suriyadakı bəzi mühasirədə olan ərazilərə humanitar yardım göndərməyə növbəti 24 saat ərzində başlayacaq.

Cənab Əsəd isə bildirib ki, beynəlxalq sülh prosesi müddətində istənilən "terrorçuluqla" mübarizə aparacaq.

Suriyada beş ildən artıq davam edən vuruşmalar zamanı 250 mindən artıq adam öldürülüb və 11 milyon insan didərgin düşüb.

Sülh razılaşması

Image caption Kerry ilə Lavrov arasında görüç cümə günü səhər nəzərdə tutulur

BMT deyir ki, Suriyanın mühasirə altında olan bəzi ərazilərinə yardım verilməsinə 24 saat ərzində başlanaxaq.

Bundan əvvəl Münhendə Suriya münaqişəsi üzrə danışıqlarda tərəflərinin həftəlik barışığı haqqında razılıq əldə olunub.

Bəzi Suriya şəhərləri humanitar yardım üçün əlçatmaz olub, çünki ətraf ərazilərdə bir ildən çoxdur ki, vuruşmalar gedir.

Suriyada beş il davam edən vuruşlarda, 250 mindən artıq adam öldürülüb və 13.5 milyon insan didərgin düşüb.

ABŞ dövlət katibi John Kerry deyib ki, razılaşma özünü İslam Dövləti adlandıran qruplaşmaya və əl-Nüsrət Cəbhəsi qrupuna aid deyil.

Qərar Rus hava zərbələri ilə dəstəklənən Suriya ordusunun Hələbdə irəliləməsinin fonunda verilib.

Fotonun müəllifi AFP
Image caption Mühasirədə olan Suriya icmaları üçün yardım artıq cümə qünündən çatdırılmağa başlanmalıdır.

John Kerry atəşkəsi planını "iddialı" adlandırıb və bildirib ki, əsl sınaq tərəflərin öhdəliklərə əməl etməsi olacaq.

ABŞ və Rusiyanın sədrlik etdikləri əməliyyat qrupu Suriyada qarşıduran tərəflərlə məsləhətləşmələr vasitəsilə barışığın həyata keçirməsi üzərində içləyəcəklər.

Mühasirədə olan Suriya icmaları üçün yardım artıq cümə qünündən çatdırılmağa başlanmalıdır.

Cənab Kerry ilə mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin Suriyadakı xüsusi nümayəndəsi Staffan de Mistura iştirak ediblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, "gün bizə yaxşı iş gördüyümüzə ümid etməyə əsas verir".

Rusiyanın daha əvvəlki təklifi barışığa martın 1-dən başlamağı nəzərdə tuturdu.

Mətbuat konfransında cənab Kerry bir daha qeyd edib ki, Qərb Rusiyanın Suriyada, Moskva dediyi kimi, terrorçuları yox, mötədil müxalif qüvvələri hədəflədiyini hesab edir.

Britaniyanın xarici işlər naziri Philip Hammond bildirib ki, atəşkəs yalnız Rusiyanın öz hücumlarını dayandırması təqdirdə baş tuta bilər, cənab Lavrov hücumların davam edəcəyini deyib.

Dəstək Qrupu həmçinin razılığa gəlib ki, Suriya hökuməti ilə üsyançılar arasında sülh danışıqları mümkün qədər tez bərpa edilməlidir.

İlkin danışıqlar bu ayın əvvəlində Cenevrədə başlanıb və bir neçə gündən sonra dayandırılıb.

Hələbdə son vaxtlarda gedən ağır döyüşlər, minlərlə sakinin Türkiyə ilə sərhədə toplaşmasına səbəb olub. Yardım təşkilatları burada humanitar vəziyyətin sürətlə pisləşməsi barədə xəbərdarlıq edib.

Bu barədə daha geniş