Kim Jong-un və Kim Kardashian necə “rəqibi oldular?”

Kim Kardashianın rekordçu Kimoji internet nişanları Şimali Koreya lideri Kim Jong-unu hədəfləyən zarafat emojilərinin rəqabəti ilə üzləşib.

"Kimunji" seriyasından olan emojilər cənab Kimi, onun atasını və babasını, habelə raket və atom partlayışlarını əks etdirir.

ABŞ-da yaşayan internet dizayneri Ben Gillin deyir ki, Kimunjiləri yaratmaqdan daha bir məqsədi də cəmiyyətə ziyan vuran “eybəcər” Kimojiləri lağa qoymaqdır.

Lakin o BBC-ə müsahibədə deyib ki, məqsədi həm də adamları Şimali Koreya barədə düşünməyə cəlb etməkdir.

"Kim Jong-un, heç şübhəsiz dəhşətli adamdır, amma hazırda Kardashianın Kimoji aplikasiyalarının cəmiyyətə vurduğu ziyan da dəhşətlidir” – deyib dizayner.

“Dəhşətli simvolika”

Kim Kardashianın Kimoji seriyasına gəlincə isə, burada onun özünü, məhsullarını, mülkiyyətini və bədəninin populyar hissələrini əks etdirən 500 emoji nişanı var. Bu nişanlar ötən ilin sonlarından iTunes-da rekord sayda satılan proqram əlavələri arasında olub.

Image caption Kim Kardashian-ın emojiləri, iTunes-da ən çox endirilən əlavələr arasında olub.

Buna baxmayaraq, Texasın Houston şəhərində yaşayan cənab Gillin BBC-ə deyib ki, bu nişanlar onu dəli edir: "Nişanların simvolikası dəhşətdir. Təsəvvür edin ki, bunlardan azyaşlı uşaqlar istifadə etsinlər. Bunlar uşaqların əllərinə düşsə, onların beyinlərini müəyyən bir istiqamətdə “inkişaf” etdirəcək”.

Dizayner və onun xanımı belə bir lağlağı söhbət ediblər ki, görəsən, Kim Jong-un belə bir iş görmək istəsəydi, nəticəsi necə olardı. Bundan sonra ötən həftəsonu Kardashianın proqram əlavəsi təzələnib və eyni zamanda Şimali Koreyanın BMT sanksiyalarını pozaraq ballistik raket atması barədə xəbərlər alınıb. Bu, dizaynerə ideya verib. O növbəti dörd saat ərzində Kimunjini hazırlayaraq internetdə pulsuz istifadəyə buraxıb.

Dizayner deyir ki, bu nişanlar bizim Şimali Koreya barədə “xəbərlər və qorxularımızla” bağlıdır.

Bu nişanlardan birində cənab Kim ağlayır. Bu nişan çox populyar Kimojilərdən birinə oxşayır. Başqa emojilərdə ona hakimiyəti və məxfi nüvə silahı olan ölkəni miras qoymuş atası Kim Jong-il və babası Kim il-sung təsvir olunub.

Nişanlardan biri cənab Kimin, Şimali Koreyaya bir neçə dəfə ziddiyyətli səfər etmiş dostu – amerikalı basketbolçu Denis Rodmanı xartırladır.

“Bu yaman gülməlidir” – deyir cənab Gillin.

O inanır ki, birbaşa Şimali Koreyanın əmək düşərgələri və aclıq kimi qaranlıq tərəflərini əks etdirsəydi, aplikasiyalar bu qədər populyarlaşa bilməzdi.

Fotonun müəllifi Reuters

"Bu o demək deyildir ki, mən Şimali Koreyada insan haqlarının vəziyyətini zarafata qoyuram. Bu çox superciddi və çox vaxt nəzərədən qaçan məsələdir – deyib dizayner, - Lakin əgər adamlar mənim lağlağıma ciddi bir tərzdə yanaşsalar, hesab edərəm ki, məqsədimə nail olmuşam”.

O deyib ki, Kim Jong-unun qəzəbindən o qədər də narahat deyil, çünki ona sui-qəsd edilməsini əks etdirən satirik “Müsahibə” filmini çəkənlər, cənab Kimin hiddətinə baxmayaraq hələ də sağdırlar.

“Amma əgər Kim Kardashian və onun əri Kanye West hiddətlənsələr, bu, maraqlı və qorxulu olardı, - deyib internet dizayneri, - Digər tərəfdən inanmıran ki, bu nişanlar onların diqqətini daha vacib bizneslərindən yayındıra bilsin”.

Bu barədə daha geniş