Rusiya Suriyadakı "mülkilərin bombalanmasını dayandırmalıdır"

Fotonun müəllifi AP
Image caption Moskva mülki əhaliyə hücumlar barədə ittihamları rəd edir.

Fransanın baş naziri Rusiyanı Suriyadakı hücumlar vaxtı mülki əhaliyə qarşı aviazərbələri dayandırmağa səsləyib.

Təhlükəsizlik məsələlərilə bağlı Münhendə keçirilən konfrans vaxtı Manuel Valls deyib ki, mülkiləri hədəfləməklə əminamanlığa nail olmaq mümkün deyil.

Rusiyanın baş naziri Dmitri Medvedev ittihamları rədd edib.

“Hamı bizi bunda təqsirləndirsə də, mülkilərin bombalanmasını təsdiqləyən dəlil yoxdu”.

Rusiya Suriyada “hər hansı gizli hədəflərə nail olmağa çalışmır”, deyən Dmitri Medvedevin sözlərinə görə Moskva öz “milli maraqlarını qorumağa” çalışır.

Ötən ayın sonunda Britaniyada mənzillənən Suriya İnsan Haqları Müşahidə mərkəzi Rusiyanın hava zərbələri nəticəsində ən azı 1,015 adamın öldürüldüyünü bildirib.

Rusiyanı dinc əhaliyə qarşı hücumlarda ABŞ-ın dövlət katibi də təqsirləndirib.

"Rusiyanın əksər hücumları qanuni müxalifət qrupları əleyhinə yönəldilir", - Münhen konfrans iştirakçılarına müraciət edən John Kerry deyib.

ABŞ diplomatının dediyinə görə Moskva özü üçün "başqa hədəflər də müəyyən etməlidir".

Moskva mülkiləri və mötədil müxalifəti hədəflədiyi barədə ittihamların əsassız olduğunu deyir.

Prezident Bəşər əl-Əsədi dəstəkləyən Kreml Suriyada yalnız “terrorçu qruplara” qarşı mübarizə apardığını vurğulayır.

Bundan əvvəl dünya gücləri Suriyada zorakılığın dayandırılmasına razılaşıblar.

Bu barədə daha geniş