Kanadalı qatilin kitabı Amazon-dan çıxarılıb

Fotonun müəllifi Getty
Image caption İttihamçıların iddiasına görə, Robert Pickton 49 nəfəri öldürdüyünü etiraf edib

Kanadalı qatil tərəfindən yazılmış memuar onlayn satışa çıxarıldıqdan bir neçə saat sonra yığışdırılıb.

Keçmiş milyonçu donuz fermeri Robert Pickton 2007-ci ildə altı qadını qətlə yetirdiyi üçün məhkum edilib.

Təhlükəsizlik kameralarına görə, yazının həbsxanadan çıxarılmasına digər məhbus kömək edib.

Nəşriyyat kitabın Amazon-dan çıxarılmasını tələb edib və zərərçəkmişlərin ailələrindən üzr istəyib, məlumatda deyilir.

Robert Pickton qadınları öz fermasında qətlə yetirərək donuzlarına yemləyib.

O, kitabında günahsız olduğunu və Kanada polisi tərəfindən qətlləri etiraf etməyə məcbur edildiyini deyib, Vancouver Sun qəzeti xəbər verir.