FİFA-nın yeni prezidenti: Gianni Infantino

Fotonun müəllifi Getty

Gianni Infantino İsveçrənin Sürix şəhərindəki mənzil-qərargahında keçirilən seçkilərdə səslərin çox hissəsini toplayaraq Beynəlxalq Futbol Federasiyasının prezidenti seçilib.

Təşkilatın 79 yaşlı sabiq prezidenti Sepp Blatter böyük korrupsiya qalmaqalı fonunda 2015-ci ilin payızında vəzifədən kənar edilib.

Dünya ölkələrini təmsil edən 207 nümayəndənin iştirak etditi seçkilər məxfi səsvermə üsulu ilə keçirilib..

Birinci turda qalib gəlmək üçün namizəd səslərin üçdə ikisini qazanmalıdır.

Korrupsiya ilə bağlı qalmaqallar və bunun ardınca təşkilatın kəskin tənqidlərə məruz qalmasına görə bu seçkilər FİFA-nın tarixində dönüş nöqtəsi kimi nəzərdən keçirilir.

“Bu, bizim üçün güclü FİFA qurmaq məqsədilə birləşdiyimizi nümayiş etdirmək imkanıdır”, - Federasiya prezidentinin vəzifəsini müvəqqəti icra edən Issa Hayatou bəyan edib.

Bu günədək FİFA-nın icra komitəsinə sədrlik edən 8 prezidenti olub. Və real iqtidara malik olaraq futbol sahəsində bütün mühüm qərarları da məhz FİFA komitəsi qəbul edir.

FİFA Dünya Kuboku uğrunda yarışları və başqa beynəlxalq turnirləri təşkil edir, onların yayımlanması hüquqları təyin edir və dünyada ən populyar idman növünün inkişafı üçün cavabdehdir.

Bundan başqa, prezident təşkilatın “hüquqi təmsilçisi” olaraq “FİFA ilə konfederasiyalar, komitə üzvləri, siyasi orqanlar və beynəlxalq təşkilatlarla əlaqə saxlayır” və eləcə də “konqres və icraiyyə komitəsi tərəfindən qəbul olunmuş qərarları həyata keçirir”.

FİFA-ya 209 ölkə nümayəndələri daxildir, lakin Küveyt və İndoneziya hal hazırda seçkilərdə iştirak etməkdən kənarlaşdırılıblar, belə ki, səs hüququna 207 ölkə malikdir.

Səsvermənin birinci turundan sonra prezident olmaq üçün namizəd bütün səslərin üçdə ikisini təmin etməlidir. Əks təqdirdə ikinci tura keçən namizədə səslərin yarısı və plyus bir səs toplamaq lazımdır.

Bu barədə daha geniş