Nigeriya məscidində partlayış: ölən və xəsarət alanlar var

Fotonun müəllifi Boko Haram video

Nigeriyanın Mayduquri şəhərindəki məsciddə iki qadının intiharçı hücumu nəticəsində ən azı 20 nəfər həlak olub.

30-dan artıq adamın xəsarət aldığı bildirilir.

Məscidin imamı daxildə baş verən ilk partlayışın ardınca binanın kənarında ikinci partlayışın səsləndiyini deyib.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Mayduquri Boko Haram qruplaşmasının fəal olduğu ştatın mərkəzi şəhəridir.

Cihadçıların hücumları nəticəsində 2009-cu ildən bəri 20 minədək insan həlak olub. İki milyondan artıq adamın evindən didərgin düşdüyü bildirilir.

Ötən ilin may ayında prezident seçilmiş Məhəmməd Buhari ölkədə xilafət qurmaq məqsədi uğrunda vuruşan cihadçılara qarşı mübarizəni fəallaşdırıb.

Bu barədə daha geniş