Özbəkistanda aşkar edilən qalıqlar – Tirannozavrın təkamülündəki boşluğu dolduracaq

Fotonun müəllifi AFP
Image caption Dinozavrların yeni növünə orta əsrlərin məşhur sərkərdəsinin şərəfinə Teymurləng (Timurlengia euotica) adı verilib.

<span >BBC müxbiri Victoria Gill yazır ki, Özbəkistanda ikiayaqlı vəhşi tirannozavr qrupuna (Tyrannosaurus Rex) aid yeni növün daşlaşmış sümükləri aşkar edilib. Bu tapıntı bu unikal canlıların böyük bədən ölçüsünün izahına açar verə bilər.

Dinozavrın qalıqlarını Özbəkistanın Qızılqum səhrasında Edinburgh Universitetinin alimləri Rusiya və ABŞ-dan olan həmkarları ilə birlikdə tapıblar.

Dinozavrların yeni növünə orta əsrlərin məşhur sərkərdəsinin şərəfinə Teymurləng (Timurlengia euotica) adı verilib.

Təxmini yaşı 90 milyon il olan dinozavr qalıqlarını öyrənərkən alimlər bu nəticəyə gəliblər ki, tirannozavrların yaşadıqları mühitdə hegemon mövqeyə malik olmasının səbəbi onların qulaqları və beyinlər olub.

“Biz dinozavrların tamamilə yeni növünü aşkar etmişik, - deyib Edinburgh Universitetinin aparıcı elmi işçisi Steven Brusatte, - Bu tirannozavrlara çox yaxın qohum növdür. Lakin bu dinozavrların ölçüləri bir qədər kiçik olub. Onlar at boyda idilər.”

Fotonun müəllifi Todd Marshall
Image caption Sxemdəki qırmızı fraqmentləri alimlər aşkar ediblər. Skeletin qalan hissəsi rekonstruksiyadır.

Tirannozavr da teymurləng kimi təbaşir dövrünün nisbətən gec çağlarında yaşayıb.

Onun başdan quyruğadək uzunluğu 13 metrə çatırdı.

“Bu növ (teymurləng) isə təbaşir dövrünün orta çağlarında mövcud olub. Bu isə məhz bizim paleontoloji salnaməmizdəki boşluğa düşür” – deyib alim.

Məhz bu səbəbdən də tirannozavr əsl təkamül tapmacası idi. Axı məhz həmin vaxt – 90 milyon il bundan əvvəl tirannozavr təkamül edərək planetimizdə nə vaxtsa yaşamış ən iri vəhşi canlıya çevrilmişdi.

Superdominant

Teymurləng tirannozavrdan ölçücə xeyli kiçik olsa da, onun böyük və inkişaf etmiş beyni vardı.

Ola bilsin ki, məhz bu xüsusiyyət ona təkamül edərək xeyli ağıllı və fiziki baxımdan güclü tirannozavra çevrilmək imkanı verib.

"Teymurləngin sümüklərinin bəzi xüsusiyyətləri tirannozavrda da müşahidə edilir, - deyir doktor Brusatte, - Beləliklə, bu təkamül xüsusiyyətləri son nəticədə tirannozavra superdominant növ olmaq, qida zəncirinin son həlqəsinə çevrilmək imkanı verib”.

Alimlər qrupu teymurləngin 25-dək skelet fraqmentini öyrənib. Bu hissələr mozaika kimi yenidən qurulub ki, bu dinozavrın ölçüləri barədə müəyyən təsəvvür yaransın.

Tədqiqat üçün ən perspektivli fraqment bu canlının kəllə sümüyü idi. Alimlər bu sümüyün skaner təsvirlərini çıxarırdılar ki, onun beyinin forma və ölçüsünü öyrənə bilsinlər. Onlar həmçinin daxili qulağın quruluş xüsusiyyətlərini araşdırır, bu heyvanın sensor imkanlarını öyrənməyə çalışırdılar.

"Kompüter tomoqrafiyasının köməyi ilə biz öyrənə bildik ki, onun beyni və qulağı tirannozavrda olduğu kimidir” – deyib Brusatte, - "Onun kəlləsində elə bir “mərkəzi prosessor” olub ki, bütün zəkası, tirannozavrda olduğu kimi inkişaf etmiş hissiyyat üzvləri burda toplanıb. Görünür məhz bu tirannozavra ölçücə böyümək imkanı verib”.

Bu barədə daha geniş