Riqada legionerlərin yürüşü: britaniyalı iştirakçı həbs olunub, ukraynalılara icazə verilməyib

Fotonun müəllifi Reuters
Image caption Nümayişin şüarları sadə olub - "Nasizmə yox, kommunizmə yox"

Latış SS legionerlərinin xatirəsinə həsr olunmuş ənənəvi Riqa yürüşünə qatılmaq hamıya nəsib olmayıb. Son vaxtlaradək Russia Today telekanalında işləyən britaniyalı jurnalist Graham Phillips həbs olunub, “Azov” batalyonu bayrağı ilə ukraynalı nümayəndə heyəti üzvlərini isə heç ümumi kolonnaya birləşməyə qoymayıblar.

Graham Phillips hələ ənənəvi “legionerlər yürüşü” başlanmamış həmkarlarının diqqət mərkəzinə düşübmüş. Tədbirə hazırlıq zamanı latış legionu əsgərlərinin xatirəsinə ibadət keçirilən müqəddəs Yan kilsəsinin yanında o, toplananların nə üçün nasist və faşistlərin xatirəsini yad etmək istədiklərini öyrənməyə çalışırdı. Onu həmçinin legionerlərin kimin tərəfində döyüşdüyü və həmin tərəfin nasist Almaniyası olub-olmadığı maraqlandırırdı.

Fotonun müəllifi AFP
Image caption Yürüş ənənəvi olaraq Azadlıq heykəli istiqamətində yollanıb

Kütlə ilə mükaliməni Phillips təkidlə rus dilində aparırdı. Əsasən yerli radikal təşkilat nümayəndələrindən ibarət olan kütlə suallara cavab vermək istəmirdi, istəyəndə isə bunu latış dilində edirdi. Məlum səbəblərə görə dialoq alınmırdı, və bu hal vəziyyəti qızışdırır və KİV-lərin marağını doğururdu. Əminliklə demək olar ki, britaniyalını legionerlərin özlərindən daha çox kamera izləyirdi.

Britaniyalı ilə yürüş iştirakçıları arasında ixtilaf kolonna Azadlıq abidəsi önünə gül-çiçək qoymaq üçün yaxınlaşdığı vaxt zirvə nöqtəsinə çatmışdı. Hüquq-mühafizə orqan nümayəndələri iki dəfə jurnalisti özünü ədəbli aparmağa çağırıblar. O, öz növbəsində cavab verirdi ki, “ən nəzakətli insan və vicdanlı jurnalistdir” və, ümumiyyətlə, “bura Avropa İttifaqıdır, mən də britaniyalıyam”, sonra isə yenidən nasistlər və faşistlər haqqında sualları ilə kolonnaya yaxınlaşırdı.

Image caption Yürüş iştirakçıları Latviyanın azadlığı uğrunda mübarizləri yad etdiklərini deyirlər

Phillips-lə mübahisəyə Estoniya parlamentinin Mühafizəkar Xalq Partiyası fraksiyasının üzvü Jaak Madison qatıldı. Mükalimə tarixdən bəhs edən söhbətlə başlandı və tezliklə həyəcanlı mübahisəyə çevrildi. Mübahisə iştirakçılarının hər ikisi də öz opponentinin məlumatsız olması qənaətinə gəldi, və bundan sonra asayiş keşikçiləri Phillips-i polis avtobusuna ötürüb, hadisəni araşdırmaq üçün apardılar. Qapılar bağlanmazdan jurnalist maşından çıxıb “Latviyaya azadlıq” qışqırdı.

“Bu insan Russia Today-də işləyir, onun maaşını Rusiya verir. O, insanların nə üçün buraya toplaşıb faşistləri alqışladıqlarını soruşurdu. Ona cavab verdilər ki, get tarixi öyrən, sonra qayıda bilərsən. Belə bir tədbirdə o sözləri demək provokasiyadır”, - Madison BBC Rus xidmətinə deyib.

Image caption Russia Today telekanalı Graham Phillips-in keçmiş ştatdankənar müxbir olduğunu bildirib

Latviya Dövlət Polisi Riqa Regional İdarəsinin rəisi Guntars Markitans-ın sözlərinə görə, britaniyalı jurnalist hüquq-mühafizə orqanları nümayəndələrinə itaətsizliyə görə saxlanılıb. Onun barəsində inzibati iş açılar və onun həbsi yaxud cərimə olunması ilə nəticələnə bilər. Daxili işlər naziri Rihards Kozlovskis öz növbəsində Phillips-in arzuolunmaz şəxslər siyahısına daxil edilə biləcəyini də istisna etməyib.

Image caption Latviyada çox az İkinci Dünya müharibəsi veteranı qalıb
Fotonun müəllifi AFP

Yürüşün təşkilatçıları üçün isə istənilməz qismində əllərində “Azov” batalyonunun bayrağını tutan bir qrup ukraynalı olub. Özünü “Azov” batalyonunun təlimatçısı təqdim edən Yaroslav Soloduxa ukraynalıların Riqaya “qardaşlarını dəstəkləmək üçün” gəldiyini bildirib. Lakin “Milli birlik” millətçi partiyanın liderlərindən biri və Seym üzvü İmants Paradnieks deyib ki, tədbirdə bu kimi simvolikanın olmasına qarşı Ukraynalıların Latviya Konqresi çıxış edibmiş.

Image caption Yürüş iştirakçıları həmçinin Latviyadan sovet düşərgələrinə sürgün edilənlərin xatirəsini yad ediblər

Nəticədə Dövlət Polisində Soloduxanın sənədlərini yoxlamaq qərarına gəliblər. Yoxlama düz yürüşün başa çatmasına kimi davam edib. Bundan sonra sənədlər qaytarılıb, ukraynalılar isə “Qustav Selminş cəmiyyəti” radikal millətçi təşkilatın lideri İqor Şişkinlə ayrıca kolonna ilə Azadlıq abidəsi önünə gül-çiçək qoyublar. “Təşkilatçılar onların iştirak etməsini istəməyib. Biz də buna yol verməmişik”, - BBC Rus xidmətinə Guntars Markitans deyib.

Image caption "Azov" batalyonu nümayəndələri Azadlıq heykəli yanına sonradan toplaşıblar

“Yürüş mənim xoşuma gəldi, qəhrəmanların xatirəsini unutmadıqları xoşuma gəldi. İşğalçılardan (onlar sizdə çoxdur) zəhləm gedir. Mən onların hamısına it pasportu verərdim və... qoy evlərinə getsinlər. Bizdə işğalçı Rusiyadır. Latviyada isə - keçmiş SSRİ, hazırda - ruslar”, - təəssüratları ilə Yaroslav bölüşdü.