ABŞ tələbəsi Şimali Koreyada həbs edilib

Fotonun müəllifi Reuters
Image caption Otto Frederick Warmbier Şimali Koreyanın ən yüksək məhkəməsinə aparılıb

ABŞ-dan olan tələbə Otto Warmbier Şimali Koreyada dövlətə qarşı cinayətə görə 15 il müddətinə azadlıqdan məhrub edilib.

21 yaşlı Warmbier oteldən təbliğat nişanını "oğurlamağa cəhd" etdiyi üçün saxlanılıb. O, Şimali Koreyaya yanvar ayında səfər etmişdi.

Daha sonra tələbə, dövlət televiziyasında görünərək günahını boynuna alıb və təbliğat nişanını geri gətirməyi ondan ABŞ-dakı kilsənin istədiyini deyib.

Şimali Koreya bəzən xarici vətəndaşların həbslərindən düşmənlərinə təzyiq üçün istifadə edir.

Fotonun müəllifi AFP
Image caption Tələbə "həyatının ən böyük səhvini etdiyini" deyib

BBC-in Cənubi Koreyadakı müxbiri Stephen Evans bildirir ki, 15 illik cəza, keçmişdəki həbslərlə müqayisədə çoxdur.

Bu, hazırda ABŞ-la Şimali Koreya arasında mövcud olan gərginliklə əlaqədar ola bilər.

Virginia Universitetinin tələbəsi olan Warmbier 2 yanvarda, Şimali Koreyanı tərk etməyə hazırlaşarkən həbs edilib. O, “düşmənçilikdə” ittiham edilib.

Bu barədə daha geniş