Meksika: "Gödək" kimi tanınan narkotik qaçaqmalçısı həbs edilib

Fotonun müəllifi AFP

Meksika rəsmiləri deyirlər ki, çirkli pulların yuyulmasında ittiham edilən "El Chapo" və ya "Gödək" kimi tanınan meksikalı narkotik zədəganı Joaquin Guzman həbs edilib.

"Kral Midas" ləqəbli Juan Manuel Alvarez Inzunza, Oaksaka cənub ştatında dincələrkən saxlanılıb.

Sinaloa kartelinin sabiq lideri Guzmanın hazırda ABŞ-dan ekstradisiyası gözlənilir.

O yanvar ayında ciddi rejimli cəzaçəkmə müəssisəsindən qaçdıqdan sonra yenidən tutulub.

Cənab İnzunza Sinaloa karteli üçün şirkət şəbəkələri və valyuta birjası mərkəzlərinin vasitəsilə ildə 300-400 milyon dollar pulun yuyulmasında şübhəli bilinir.

Vaşinqtonda yerləşən ABŞ federal məhkəməsi cənab İnzunza-nın həbsini xahiş edib və güman ki, o ekstradisiya olunacaq.

Bundan başqa, o, Kaliforniyada narkotik qaçaqmalçılığı və Teksasda ölümdə ittiham edilir.

Bu ayın əvvəlində o, həbsxanada daha yaxşı müalicə ala bilməsi üçün ekstradisiya prosesnin sürətləndirilməsini istəmişdi.

Bundan əvvəl həbsdən qaçdığı üçün Guzmanı daha ağır həbs şəraiti gözləyir.