Keniyalı qadının fotoşop məşğuliyyətləri gözlənilməz nəticə verdi

Şəklin mənbəyi, SEVE GAT FACEBOOK
Sevelyn Gat: "Burada hər şey xoşuma gəlir"
Keniyada gənc qadın öz fotosunu digər insanların turist səyahətləri zamanı çəkdikləri şəkillərə fotoşop üsulu ilə montaj edərək Facebook səhifəsində yerləşdirib.
Turist səyahətinə çıxmaq üçün imkanı olmayan Sevelyn Gat özü üçün təsəllini məhz bu cür məşğuliyyətdə tapıb.
Fotomontaj edilmiş şəkillərdən birində Sevelyn təyyarə qarşısında duran vəziyyətdədir, daha bir şəkildə o, Çindəki Böyük Səddi ziyarət edir, digər bir şəkildə isə özünü məbəd qarşısında şəkil çəkdirmiş bir qrup turistin arasında yerləşdirib.
Sevelyn-in düzəltdiyi fotokollajları Facebook-da minlərlə adam bəyənib.
Nəticədə Nayrobi iş adamı Sam Gichuru qadının köməyinə gələrək onun turist səyahəti üçün kifayət məbləğdə pul toplayıb.
Şəklin mənbəyi, SEVE GAT FACEBOOK
"Çinə yola düşməliyəm"
Şəklin mənbəyi, SEVE GAT FACEBOOK
"Çin... Həqiqətən gözəl yerdi"
Şəklin mənbəyi, SEVE GAT FACEBOOK
"Çinə səfərimin son günü. Əlvidə, Çin."
Şəklin mənbəyi, SEVE GAT FACEBOOK
Sevelyn Gat və Sam Gichuru Çinə turist səyahətinə yola düşmək üçün bilet sifariş etdikləri zaman
Sick Chirpse nəşrinin bildirdiyinə görə Sam Gichuru tərəfindən toplanmış pul Çinə yol pulu, orada dörd ulduzlu oteldə almağa, sığorta və cib xərclərini ödəmək üçün kifayət edəcək.