Vitamin D “ürək xəstəliyinə çarədir”

Fotonun müəllifi SOUTHERN ILLINOIS UNIVERSITYSCIENCE PHOTO LIBRARY

Vitamin D ürək xəstəliyi olan insanlara kömək edə bilər, araşdırmalar iddia edir.

Ürək xəstəliyi olan 163 nəfər üzərində aparılmış sınaqlara görə vitamin D ürəyin qan dövranını yaxşılaşdırıb.

Britaniya Ürək Fondu dərmanın tətbiq edilməsindən öncə daha çox sınaqdan keçirilməsinə çağırıb.

Vitamin D sağlam sümük və dişlər üçün əhəmiyyətlidir və ümumilikdə bədənin sağlamlığı üçün vacib hesab olunur.

Sınaqda iştirak edən insanların orta yaşı 70-dir və bütün yaşlı insanlar kimi, onların da vitamin D səviyyəsi hətta yay aylarında belə aşağıdır.

Xəstələrə bir il əzrində hər gün ya 100 milli qram vitamin D həbi verilib, ya da şəkər pili.

Araşdırmaçılar bunun ürək çatışmamazlığına təsirini öyrəniblər.

Əsas ölçü ürək kameralarının hər döyüntüdə göndərdiyi qanla bağlı olub.

Fotonun müəllifi PA
Image caption Vitamin D əsasən günəş işığından gəlir. Bundan başqa o, yağlı balıq və yumurtada da var

Yetkinlik yaşına çatmış sağlam bir şəxsdə bu rəqəm 60 və 70 faiz təşkil edir. Lakin ürək çatışmazlğı xəstəliyi olan şəxslərdə yalnız qanın dörddə biri uğurla nəql edilib.

Lakin vitamin həblərini qəbul edənlərdə bu rəqəm 26 fazidən 34 faizə yüksəlib.

“Bu, çox böyük irəliləyişdir. Bu, digər daha bahalı müalicələrin təsirindən də böyüdür. Bu çox heyrətamiz nəticədir,” kardioloq Dr Klaus Witte BBC-ə bildirib.

O, dərman pillərinin çox ucuz olduğunu və heç bir yan təsirinin olmadığını deyib.

Tədqiqatlar nəticəsində xəstələrin ürəyinin kiçildiyi müşahidə olunub. Bu o deməkdir ki, ürək daha güclü olur.

Lakin Dr Witte hələ ki, yüksək dozada vitamin D-in istifadəsinin doğru olmadığnı düşünür. O, daha çox araşdırmaya ehtiyacın olduğunu düşünür.

Vitamin D əsasən günəş işığından gəlir. Bundan başqa o, yağlı balıq və yumurtada da var.