"Çılpaq" - alt paltarlarının qısa tarixçəsi şəkillərdə

Belbağı, corabbağı, alt paltarı və korsetlər – qadın alt paltarının bütün mümkün növlərini Londonda Victoria və Albert Muzeyində açılmış "Alt paltarın qısa tarixçəsi" adlı sərgidə görmək olar.

Alt paltarlı maneken
Şəklin alt yazısı,

Belbağı, corabbağı, qadın gecəliyi və korsetlər – alt paltarlarının bütün mümkün növlərini Londonda Victoria və Albert Muzeyində açılmış sərgidə görmək olar. Sərgi belə də adlanır: Alt paltarlarının qısa tarixçəsi.

Şəklin alt yazısı,

Sərgidə həm qadın, həm kişi alt paltarının 200-dən çox nümunəsi nümayiş etdirilir. 1750-ci illərdən başlayaraq bu günədək paltarın bu növünün necə dəyişdiyinə nəzər salınır. (İpək satin, bağ və balina sümüyündən hazırlanan korset, güman edildiyi kimi, bu nümunə 1980-ci illərin Britaniyasına aiddir)

Şəklin alt yazısı,

V&A sərgisində eyni zamanda 60-dan çox yeni alt paltarı nümunələri də nümayiş olunur. Həmin nümunələr əsasən müasir dövrə aiddir - 2015-ci ilin bel incəldən, omba böyüdən qadın alt paltarları, kişilər üçün qasıq hissəni daha həcmli göstərən kişi alt paltarı.

Şəklin alt yazısı,

Sərgidə alt paltarının bədəni qorumaq xüsusiyyətinə nəzər salınmaqla yanaşı bu sahədə texnologiyanın 1900-cü illərdən bu günədək necə inkişaf etdiyinə nəzər salınır.

Şəklin alt yazısı,

Alt paltarı və dəb arasında münasibətlər - biçim, parça və dekorasiya - gender, seks və mənəviyyat məsələlərinin altını cızır. Bu alt paltarı nümunələrinin müəllifi modelyer Liza Bruce-dur. Həmin alt paltarlarını məşhur model Kate Moss 1993-cü ildə geyinib.

Şəklin alt yazısı,

Alt paltarı zaman keçdikcə müxtəlif şəklə keçib. Misal üçün ev paltarı və ya istirahət üçün rahat paltarlar da alt paltarı əsasında əmələ gəlib.

Şəklin alt yazısı,

Sərgidə nümayiş etdirilən 19-cu əsrə aid korsetlərin dizaynı və onların hazırlanması texnologiyası maraq doğurur.

Şəklin alt yazısı,

Rentgen şüası ilə çəkilmiş fotolar korsetin bədənə necə təsir etdiyini göstərir. Viktorian dövrünün korsetlərinə 20-ci əsrdə qadını fiziki mənada sıxan geyim kimi baxılıb və qadının aşağı statusu ilə assosiasiya olunub.

Şəklin alt yazısı,

Sərgidə 18-ci əsrə aid alt yubka və yubka çərçivələri də nümayiş etdirilir. Bu geyim növləri qadın bədəninin müəyyən hissələrinə əlavə həcm verdiyinə görə, vaxtında çox populyar olub.

Şəklin alt yazısı,

Londonun Victoria və Albert Muzeyində "Alt paltarının qısa tarixçəsi" sərgisi 2017-ci ilin martın 12-dək davam edəcək.