Məkkədə "İslam qanunlarına uyğun seks-şop"

Seks şop Fotonun müəllifi Getty
Image caption "Bizim bazara çıxardığımız məhsullar üfürülmüş kuklalar və ya vibratorlar deyil", Brendin təsisçisi Əbdüləziz Auraq deyir. [Arxiv fotosunda London dükanı göstərilir]

"Şəriət qanunlarına uyğun" seks mağazası Məkkədə açılacaq və müsəlmanlara halal məhsullar satacaq, məlumatlarda deyilir.

Əslən Amsterdamdan olan El Asira erotik brendi, Səudiyyə Ərəbistanında, müsəlmanların müqəddəs şəhəri sayılan Məkkədə filialını açır, Britaniyanın "The Independent" qəzeti yazır.

Brendin təsisçisi Əbdüləziz Auraq bu barədə planını hələ ötən il açıqlayıb, Mərakeşdən yayımlanan Alyaoun 24 saytı xəbər verib.

Müsəlman ruhanilər və Səudi şeyxlərilə biznesin yerli qanunlar və adətlərə uyğun olması barədə məsləhətləşmələr aparılıb.

"Bizim bazara çıxardığımız məhsullar üfürülmüş kuklalar və ya vibratorlar deyil", cənab Auraq AFP agentliyinə deyib.

"Onlar seks aktı üçün deyil, ətrafda baş verənlər üçündür. Bizim məhsullar mühiti yaxşılaşdırır və erotik hisləri gücləndirir", o deyib.

El Asira saytında deyilir ki, məhsullar halaldır - yəni İslam qanunları onların istifadəsinə icazə verir.

Bu barədə daha geniş