Banqladeş: 900-ə yaxın islamçı saxlanılıb

Fotonun müəllifi bb

Banqladeş polisi azlıqlara və dünyəvi vətəndaşlara edilən hücumlardan sonra 900-ə yaxın şübhəli qiyamçıları saxlayıb.

Polis hücumlarda şübhəli bilinən islamçı ekstremistləri həbs etmək üçün gecə əməliyyatı həyata keçirib.

Son bir neçə ildə bloqçular, dini və cinsi azlıqların nümayəndələri də daxil olmaqla 40 nəfər öldürülüb.

Cümə günü Pabna rayonunda hindu keşiş ölümcül baltalanmışdı.

60 yaşlarında olan Nityaranjan Pande hücumlardan sonra hadisə yerindəcə ölüb, məlumatlarda deyilir.

Anonim qalmaq istəyən yüksək rütbəli bir polis müfəttişi BBC Benqal xidmətinə deyib ki, 3 il ərzində 40 nəfəri hədəfləmiş şübhəlilərin siyahısı hazırlanıb.

O bildirib ki, saxlanılanların sayı arta da bilər.

Yerli media deyir ki, şübhəlilərin bəziləri ifadə verdikdən sonra buraxıla bilər.

Banqladeşin əhalisinin əsas hissəsi müsəlmanlardır, cəmi 8 faizə qədərini hindular təşkil edir.

Bu barədə daha geniş