Nigeriya: Boko Haram qaçqınları acından ölüb

Fotonun müəllifi AFP
Image caption Boko Haram vaxtaşırı kəndlərə hücum edərək insanları qaçmağa məcbur edir

Keçən ay ərzində Nigeriyada Boko Haram silahlılarından qaçmağa çalışan təxminən 200 nəfər acından ölüb, tibbi xeyriyyə təşkilatı olan MSF bildirib.

Təxminən 24 min qaçqının yaşadığı düşərgədə “faciəvi humanitar vəziyyət” mövcuddur.

Bir çox sakinlər travma alıb və beş uşaqdan biri qida qıda pozğunluğundan əziyyət çəkir, MSF bildirir.

İslamçı qruplaşmanın yeddi illik üsyanı 20 min insanın ölümü və iki milyondan çox insanın didərgin düşməsinə səbəb olub.

Nigeriya hökumətinin qruplaşmaya qarşı keçirdiyi geniş miqyaslı hücumlara baxmayaraq, Boko Haram hələ də ölkənin şimal-şərqində kəndlərə basqın edir, evləri dağıdır və su quyularını məhv edir.

Bama şəhərindəki qaçqın düşmüş şəxsin bildirdiyinə görə, hər gün yeni məzarlar ortaya çıxır, MSF bildirir.

Bəyanatda sakinlərə istinadən qeyd olunur ki, hər gün təxminən 30 nəfər acından və ya xəstəlikdən həlak olur.

Baxmayaraq ki, bölgə səyahət üçün təhlükəlidir, MSF bildirib ki, komandalarından biri çərşənbə axşamı Bamaya çatıb.

Onlar hərbi konvoyun müşayəti ilə ora gedə biliblər.

Bu barədə daha geniş