ABŞ: Bernie Sanders Clintona səs verəcəyini bildirib

Fotonun müəllifi AFP Getty

ABŞ Senatında Demokratlar partiyasını təmsil edən senator Bernie Sanders noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində Hillari Clinton-a səs verəcəyini bildirib.

“Donald Trump-ın qələbə qazanmasına yol verməmək üçün əlimdən gələni etməyə hazıram. Düşünürəm ki, Trump qələbə çalarsa, bu, bir çox səbəblərə görə dəhşət olacaq," Bernie Sanders öz qərarını izah edib.

Bundan əvvəl Bernie Sanders prezident seçkilərində Hillary Clinton-a dəstək verəcəyini artıq vəd etmişdi.

Hillary Clinton, ilkin nəticələrə əsasən, qarşıda gələn prezident seçkilərində Demokratlar partiyasından namizəd qismində iştirak etmək üçün ən iddiaçı lider sayılmaqdadır.

Prezident seçkilərində Demokratlardan namizəd kimi irəli sürülmək üçün Clinton özünə kifayət sayda partiya nümayəndələrinin dəstəyini təmin edib.

Lakin Bernie Sanders bu yarışda Hillary Clintona məğlub olması ilə barışdığını rəsmi olaraq hələlik tanımayıb.