Fransa kilsəsinə hücum: "Keşiş qatili" nəzarətdə olub

İki hücumçu kilsəyə səhər ibadəti zamanı hücum ediblər
Image caption İki hücumçu kilsəyə səhər ibadəti zamanı hücum ediblər

Fransanın şimalında yerləşən kilsədə keşişi öldürməkdə şübhəli bilinən insanlardan biri polis nəzarətində olub, rəsmilər məlumat verir.

Prokuror Francois Molins deyib ki, 19 yaşlı Adel Kermiche, Suriyaya getməyə cəhd etdiyinə görə ötən il iki dəfə həbs olunub.

Kermiche və digər hücumçu Rouen yaxınlığında, Saint-Etienne-du-Rouvraya-dakı kilsəyə səhər ibadəti zamanı hücum ediblər.

Onlar polis tərəfindən öldürülməzdən əvvəl yaşlı keşiş, Ata Jacques Hamel-in boğazını kəsiblər.

Prokuror deyib ki, hücumçuların girov götürdüyü 4 nəfərdən biri ağır bıcaq xəsarətləri alıb. Onlar polisin kilsəyə daxil olmasının qarşısını almaq üçün istifadə olunub.

Girovlara buraxılmağa icazə veriləndən sonra onların ardınca kilsədən çıxan iki hücumçu polis tərəfindən öldürülməzdən əvvəl "Allahu Əkbər" deyə qışqırıblar, prokuror deyir.

Cənab Molins əlavə edib ki, əli silahlı iki hücumçu kilsəyə daxil olanda bədənində "alüminiuma sarılmış saxta bomba" olub.

Fotonun müəllifi .
Image caption Ata Jacques Hamel, Saint-Etienne-du-Rouvray ərazisində yaxşı tanınmış keşiş olub

Bir müddət əvvəl, özünü İslam Dövləti adlandıran qruplaşma iddia edirdi ki, "əsgərləri" hücum həyata keçirir.

Özünü Danielle Bacı kimi təqdim edən və hadisə baş verən an kilsədə olan rahibə hadisəni belə təsvir edir:

"Onlar keşişi diz çökməyə məcbur etdilər. O özünü müdafiə etmək istəyirdi və onda da bu faciə baş verdi", o, Fransa mediasına nəql edib.

"Onlar özlərini lentə alırdılar. Ərəb dilində səcdəgah ətrafında hansısa ayini icra etdilər. Bu dəhşətdir."

Şəhər prezidenti keşiş Fr Hamel-in qətlinə şok və kədərlə reaksiya verib. Yerli İmam Mohammed Karabila deyib ki, o "dostunun ölümünə sarsılıb". " O həyatını başqalarına verən insan idi."

Fransa prezidenti Francois Hollande "birlik" üçün müraciət edib və xəbardar edib ki, terrorizmə qarşı müharibə "uzun olacaq".

Bu barədə daha geniş