Nobel mükafatı almış ilk ərəb alim ölüb

Fotonun müəllifi Reuters

Misirdə doğulmuş Nobel mükafatı qalibi alim Əhməd Zevail 70 yaşında ABŞ-da vəfat edib.

Cənab Zevail Nobel kimya mükafatını 1999-cu ildə özünün femtokimya təqiqatına görə alıb. Onun elmi kimyəvi reaksiyaları həddən artıq qısa müddətdə öyrənir.

California Texnologiya İnstitutunun professoru olan alim, prezident Obamanın elmi məsləhətçisi və Nobel mükafatını qazanmış ilk ərəb alim olub.

Cənab Zevail 1982-ci ildə təhsilini başa vurduqdan sonra Amerika vətəndaşı olub.

Ölümünün səbəbi məlum deyil.