Rio 2016: Yarışlara 271 rusiyalı qatılır

Fotonun müəllifi Getty

Rio-De-Janeyro şəhərindəki Olimpiya yarışlarında 271 rusiyalı idmançı iştirak edəcək, Beynəlxalq Olimpia Komitəsi (BOK) bildirib.

Daha əvvəl Rusiya yarışlarda iştirak edəcək 389 idmançıdan ibarət siyahını təqdim etmişdi.

Dopinq əleyhinə beynəlxalq qurum (Wada) dopinqin istifadəsilə bağlı qalmaqaldan sonra rusiyalı idmançıların çıxışına qadağanın qoyulmasını təklif edib.

Həmçinin oxu: Dopinq qalmaqalı yüngül atletikanın "kitabını bağlaya" bilərmi?

Rusiya Olimpiya Komitəsinin prezidenti deyib ki, ölkəsi oyunlarda ən “təmiz komanda” ilə təmsil olunur.

“Zənnimcə Rusiya komandası yarışlarda bəlkə də ən təmizidir. Çünki o, ən sərt və çoxsaylı yoxlamalar və testlərdən keçib”, Aleksandr Jukov deyib.

“Bundan başqa Rusiya atletləri Olimpiya Kəndində keçirilən əlavə testlərdən keçirlər”.

Rəsmi, rusiyalı idmançılara qarşı ədalətsizlikdən şikayət edib.

Onun sözlərinə görə dopinqin istifadəsilə bağlı adı hallandırılmayan Rusiya idmançılarının evdə qaldığı halda dopinqə görə keçmişdə cəzalandırılmış ABŞ idmançıları yarışlarda təmsil olunub.

Rusiyada dövlət himayəsilə dopinq proqramının mövcudluğu barədə Wada hesabatı ardınca BOK bildirib ki, idmançıların iştirakı ilə bağlı məsələ müvafiq federasiyalar tərəfindən fərdi şəkildə həll olunacaq.

Kreml dövlətin iştirakı ilə Rusiya atletləri arasında dopinqdən istifadə hallarının yayılması barədə ittihamları rədd edib.

Bu barədə daha geniş