Türkiyə XİN rəhbəri Rusiya ilə birgə müdafiə planlarından danışdı

Fotonun müəllifi EPA
Image caption Çavuşoğlu deyib ki, təyyarənin vurulmasından sonra mənbəsdə olan bəzi pilotlar Fethullah Gülenlə əlaqəyə görə həbsə alınıblar.

Türkiyə və Rusiya “birgə müdafiə, kəşfiyyat və diplomatiya üzrə mexanizmlər” yaratmaq niyyətindədır, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Anadolu xəbər agentliyinə müsahibəsində belə deyib.

Bundan bir gün əvvəl isə 2015-ci ilin noyabrında Türkiyə tərəfindən Rusiyanın Su-24 hərbi təyyarəsinin vurulması nəticəsində ikitərəfli münasibətlərin kəskin pisləşməsindən sonra Rusiya və Türkiyə rəhbərləri Vladimir Putin və Recep Tayyip Erdoğanın birinci görüşü Sankt-Peterburqda baş tutub.

Çavuşoğlunun dediyinə görə, Rusiya təyyarəsi ilə bağlı hadisədə əli olan Turkiyə pilotları hal-hazırda ABŞ-da sürgündə yaşayan muxalifətçi din xadimi Fethullah Güleni dəstəkləmək ittihamı ilə həbs olunub.

“Vurulmuş təyyarə ilə hadisədə əli olan bəzi pilotlar hal-hazırda məhbəsdəridlər. Onlar Fethullahın terrorçu təşkilatının üzvü olmaqda təqsirləndirilirlər, hadisədə iştiraka görə yox,” Türkiyə naziri deyib.

Həmçinin oxu:Türkiyənin Rusiya ilə danışmaq istəməsinin 5 səbəbi

O həmçinin Moskva ilə Ankara arasında Suriyada atəşkəs, humanitar yardımın göstərilməsi və Suriyadakı böhranın siyasi həllinə dair oxşar baxışların olması barədə bəyanat verib.

Çavuşoğlu deyib ki, Rusiya ilə barış Qərbə siqnal vermək kimi düşünülməyib. Lakin o deyib ki, əgər Qərb “Türkiyəni itirərsə”, bu Ankara ilə Moskva arasında yaxşı münasibətlər nəticəsində deyil, Qərbin öz səhvlərinə görə olacaq.

“Onlar çevriliş cəhdindən sonrakı imtahandan keçmədi,” Çavuşoğlu Qərb rəhbərlərinin mövqeyini belə şərh etdi.

Türkiyə rəsmiləri ölkədə 15 iyul tarixində baş vermiş çevriliş cəhdinə onların fikrincə kafi olmayan reaksiya ilə bağlı öz narazılıqlarını bildirib.

Bu barədə daha geniş