Dünyanın ən təhlükəli toy məkanı

Image caption Bütün fotolar: CHINA NEWS SERVICE agentliyinə məxsusdur.

Çində bir cütlük toyunu havanın düz ortasında keçirib.

Onlar Hunan əyalətinin Pingjiang bölgəsində şüşə körpüdən havaya sallanaraq evləniblər.

Onların toyu Çin Valentin günündə - avqustun 9-da keçirilib.

Yerdən 180 metr yuxarıda olsalar da, gəlin və bəy kameralara gülümsəyə bilib.

Ayna körpülər Çində populyarlaşmaqdadır.

Image caption Qırmızı platformaya necə çıxıblar? Biz də bilmirik.

Bir neçə həftə öncə beş digər cütlük eyni körpünün üzərinə çıxaraq evlənib. Amma onlar elə şüşənin üzərində qalıblar, platformaya çıxmayıblar.