Natiq Cəfərlinin həbsi "siyasi fəaliyyəti ilə bağlıdır"

Fotonun müəllifi Azadliq Radiosu

Nəsimi rayon məhkəməsinin hökmü ilə Respublikaçı Alternativ (REAL) hərəkatının icra katibi barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Natiq Cəfərli qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunur, onun vəkili Cavad Cavadov bildirib.

REAL ittihamları rədd edərək həbsin siyasi motivli olduğunu bildirir.

"REAL olaraq onu da bəyan edirik ki, N.Cəfərlinin həbsi REAL-ın, 26 sentyabr 2016-cı ilə təyin edilmiş referenduma çıxarılan dəyişikliklərlə, partiyalaşmaqla bağlı və digər siyasi fəaliyyətlərinin həyata keçirilməsinin qarşısını ala bilməyəcəkdir", - saytında dərc olunmuş açıqlamada deyilir.

"Bu addım REAL-ın kütləviləşməsi və partiyaya çevrilməsi planlarına qəsd cəhdidir".

Vəkil Cavad Cavadov həbsə hüquqi əsas olmadığını hesab edir.

“Odur ki, onun həbsi üçün hər hansı hüquqi əsas mövcud deyil. Ona görə də Cəfərlinin həbsini ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirirəm, - Turan agentliyində Cavad Cavadovun sözlərindən iqtibas gətirilir. - Hətta ona elan edilən Cinayət Məcəlləsinin 192-ci maddəsi dekriminalizasiya olunub. Buna baxmayaraq, Cəfərliyə bu maddə ilə ittiham irəli sürülüb”.

Müdafiə tərəfi həbsə qarşı apellyasiya verəcəyini bildirir.

Konstitusiya düzəlişlərinə qarşı çıxış edən REAL hərəkatının lideri İlqar Məmmədov 2013-cü ildən həbsdədir.

Bu barədə daha geniş