Rio 2016: Michael Phelps 23-cü qızıl medalını qazanıb

Fotonun müəllifi Reuters

ABŞ-ı təmsil edən üzgüçü Michael Phelps 23-cü dəfə Olimpiya qızıl medalını qazanıb.

Bu, 31 yaşlı idmançının son yarışmasıdır.

O, yarışmanı 27.95 dəqiqəyə bitirərək britaniyalı və avstraliyalı həmkarlarını keçib.

"Avtobusdan düşmək və gecə yarısı hovuza getmək - elə hiss edirdim ki, sanki indi söküləcəm", Phelps qeyd edib.

"Sonuncu hazırlaşma, sonuncu dəfə üzgüçülük geyimində olmaq, son dəfə insanların qarşısında gəzmək və ölkəmi təmsil etmək... bu, bir çılğınlıqdır."

O qeyd edib ki, idmançı karyerasının belə bitməyini arzu edirmiş.

"Arzum yerinə yetdi. Karyeramı oyunlarda qələbə qazanmaqla bitirmək çox gözəl oldu."

Michael Phelps-in uğuru nədədir?

Fotonun müəllifi Getty Images

1. Boyu 1.93 santimetrdir. Lakin bədənindəki qeyri-mütənasibliyə görə sanki suyun üstündə dayanır və batmır. Vücudunun yuxarısı sanki boyu 2m olan kişinin bədənini xatırladır. Aşağı hissəsi isə boyu 1.80 santimetr olan insanın ayaqları qədər qısadır.

2. Orta statistik üzgücü qollarını yanlara açarkən təxminən həmin şəxsin boyu qədər uzunluq yaranır. Lakin Phelpsdə bu ölçü 2.66sm-dir, normaldan təxminən 8 sm çox.

3. Onun oynaqlarının (sinə, dirsək, diz) birləşmələri elədir ki, o suyu sinəsi ilə itələyir, digərləri kimi qabırğalarına güc vermir.

4. Elmi yolla təsdiqlənib ki, Phelps rəqiblərindən 2 dəfə az süd turşusu ifraz edir. Bu da ona imkan verir ki, yorğunluğu qısa müddətdə çıxarsın. Buna görə o hətta gecələr də qızıl medallar qazana bilir.

5. Onun ikiqat ölçüdə olan topuq oynaqları ona rəqiblərindən 15 dərəcə daha çox elastiklik verir. Nəticədə o, 48 ölçülü ayaqlarından üzgəc kimi istifadə edir.

Əlaqəli mövzular