Rio 2016: Rusiyalı Aliya Mustafina qızıl medal alaraq titulunu saxlayıb

Aliya Mustafina qatıldığı iki Olimpiya Oyunlarında 7 medal qazanıb Fotonun müəllifi Getty
Image caption Aliya Mustafina qatıldığı iki Olimpiya Oyunlarında 7 medal qazanıb

Aliya Mustafina Rio 2016 oyunlarında qızıl medal alaraq titulunu saxlayan ilk rusiyalı gimnast olub.

O, 15.900 hesabı ilə irəli çıxaraq Rio 2016 Yay Olimpiya Oyunlarında qazandığı bürünc və gümüş medalları cərgəsinə qızıl da əlavə edib.

Gənc gimnast London 2012 oyunlarındakı debüt çıxışında əldə etdiyi 4 qələbədən sonra 21 yaşında Olimpiya medalını qazanıb.

ABŞ-dan olan idmançı Madison Kocian 15.833 hesabı ilə gümüş, Almaniyadan olan Sophie Scheder isə 15.566 hesabı ilə bürünc qazanıb.

Oyunlar başlamazadan bir gün öncə, 4 avqust tarixində Beynəlxalq Gimnastika Federasiyası elan edib ki, 20 rusiyalı gimnast Rio 2016 oyunlarından kənarlaşdırılıb.

Bu, Rio oyunları çərçivəsində ABŞ qadın gimnastlarının qazanmadığı ilk qızıl medal hesab olunur.

Dünya Anti-Dopinq Agentliyi Rusiyanın dövlət səviyyəsində dopinqi maliyyələşdirməsi haqda məlumatlar ortaya çıxandan sonra rusiyalı idmançılara qadağa qoyulmasını təklif edib.

Lakin Beynəlxaq Olimpiya Komitəsi (BOK) qərar verməni, hər bir idman növü üzrə ayrı-ayrı federasiyaların öhdəsinə buraxdı.

Rusiya Rio 2016 Olimpiya oyunlarına 387 yarışçını göndərməyi arzu edirdi, lakin onların 100-dən çoxuna getmək qadağası qoyulub.

Əlaqəli mövzular

Bu barədə daha geniş