İstanbul aeroportunda təyyarə təcili eniş edib

Fotonun müəllifi Reuters
Image caption Təyyarədə xəsarət alanların olmadığı bildirilir. (Şəkil arxivdəndir)

İstanbulun hava limanında Qatar Airways şirkətinin təyyarəsi təcili eniş edib.

Rəsmi Anadolu agentliyi mühərriklərin birində texniki nasazlığın yarandığını xəbər verir.

CNN Türk kanalı isə mühərrikdə yanğının baş verdiyini bildirib.

Atatürk aeroportundan Doha şəhərinə yollanan Airbus A-330 təyyarəsi göyə qalxandan sonra bir qədər keçmiş geri qayıtmalı olub.

Məlumata əsasən insident nəticəsində xəsarət alan yoxdur.