ABŞ üzgüçülərin hərəkətinə görə üzr istəyib

Dörd amerikalı üzgüçü qarət olunmaları barədə rəsmilərə yanlış məlumat verməkdə günahlandırlır Fotonun müəllifi
Image caption Dörd amerikalı üzgüçü qarət olunmaları barədə rəsmilərə yanlış məlumat verməkdə günahlandırılır

ABŞ Olimpiya Komitəsi Rioda silahla qarət olunması barədə yanlış məlumat verən 4 üzgüçünün qəbuledilməz hərəkətinə görə üzr istəyib.

Polis qızıl medalçıların üçünün ifadəsini alıb və deyib ki, "onlar şikayət etdikləri cinayətin qurbanı olmayıb".

4 üzgüçüdən ikisinə - Gunnar Bentz və Jack Conger - cümə axşamı günü Riodan uçmağa icazə verilib.

Ryan Lochte də artıq ölkəni tərk edib, lakin James Feigen hələ də Braziliyada saxlanılır.

Cənab Bentz və cənab Conger çərşənbə günü ifadə alınmaları üçün Rio hava limanında təyyarədən endirilib.

Cənab Lochte əvvəlcə deyib ki, onlar bir yerdə şənlikdən taksi ilə geri qayıdanda silahla qarət olunublar.

Lakin yerli polis rəisi Fernando Veloso deyib ki, dörd Olimpiya çempionu qarət olunmayıb.

O jurnalistlərə açıqlamasında deyib ki, üzgüçülərdən biri və ya hamısı yanacaqdoldurma məntəqəsində vandallıq edib və sonradan vurduqları ziyana görə onlardan ödəniş tələb olunub.

Amerikalılar ödənişi edib və yalnız silahlı mühafizə işə qarışandan sonra ərazini tərk ediblər, o deyib.

Üzgüçülərdən biri xaotik hərəkət etməyə başlayanda mühafizədən biri haqlı olaraq ona silah tuşlayıb, cənab Veloso əlavə edib.

Fotonun müəllifi
Image caption Silah gücü ilə qarət olunmaları haqda məlumatı cənab Lochte amerika televiziya şəbəkəsinə daxil olan NBC-yə danışıb

O xəbərdarlıq edib ki, ifadələrini tez-tez dəyişən üzgüçülərə qarşı "nəzəri olaraq" yalan ifadə verdiklərinə və törətdikləri vandal hərəkətə görə ittiham irəli sürülə bilərdi.

Lakin cümə axşamı üzgüçülərin vəkili Sergio Riera bəyan edib ki, cənab Bentz və cənab Conger-ə xüsusi Olimpiya məhkəməsi əsasında Rionu tərk etməyə icazə verilib.

Buna baxmayaraq, cənab Feigen hələ də Braziliyada qalır.

O, "pasportunda mümkün qədər tez çıxış icazəsinin verilməsi ümidilə yenidən bu axşam (cümə axşamı) bəyanatla müraciət edib", ABŞ Olimpiya Komitəsi deyib.

Olimpiya Komitəsi cənab Verloso tərəfindən deyilən versiyanın doğruluğunu təsdiqləyib və əlavə edib ki, "idmançıların hərəkəti qəbul olunmazdır və ABŞ Komandasının dəyərlərini təmsil etmir".

Bu barədə daha geniş