İraq qətliama görə 36 İD cihadçısını asıb

Fotonun müəllifi AFP
Image caption İraq höküməti şimaldakı əraziləri geri qaytaranda kütləvi qəbirstanlıq aşkarlanmışdı

İraq 2014-cü ildə keçmiş ABŞ hərbi bazasına hücum zamanı 1700 səfərbərin öldürülməsilə əlaqədar 36 kişini asıb.

Tikrit yaxınlığında Speicher Düşərgəsindəki qətliamı həmin vaxt şimali İraqa daxil olmuş və özünü İslam Dövləti adlandıran qrupun döyüşçüləri törətmişdi.

Həlak olanların çoxu İD-lə mübarizə aparmaq üçün səfərbər edilmiş şiə kursantlar idi.

İD daha sonra qətliamı əks etdirən foto və videolar paylaşmışdı.

Bir il sonra isə İraq höküməti bu əraziləri geri qaytaranda kütləvi qəbirstanlıq aşkarlanmışdı.

Fotonun müəllifi AP
Image caption İD-in 2014-cü ildə paylaşdığı videolarda tutulmuş əsgərlərin ölümdən qabaqkı görüntüləri var

"Bu səhər Nasiriyyə həbsxanasında Speicher cinayətinə görə 36 nəfər asılıb" Dhiqar vilayətinin icra başçısının sözçüsü AFP agentliyinə deyib.

Sözçü qeyd edib ki, Ədliyyə naziri Hayder əl-Zəmili də edam tədbirində iştirak edib.

Baş nazir Hayder əl-Abadi ötən ay Bağdadda 300 nəfərin ölümü ilə nəticələnmiş partlayışdan sonra deyib ki, terror cinayətlərinə görə cəzaların icrasını sürətləndirmək istəyir.

Asılanların hamısı İraq vətəndaşlarıdır, onlar fevral ayında həbs ediliblər.

Bu barədə daha geniş