Şimali Koreya Cənubi Koreyaya qaçmış 13 nəfəri istəyir

Fotonun müəllifi AP
Image caption Xarici ölkələrdə restoran biznesi Şimali Koreyanın əsas gəlir mənbəyidir

Koreya Xalq Demokratik Respublikası Cənubi Koreyadan bu il ölkədən qaçmış 13 nəfəri istəyib.

Çində Şimali Koreyaya məxsus restoranda çalışan 12 restoran işçisi və onların meneceri bu ilin aprelində qaçıb.

Onlar bir müddət Çində qaldıqdan sonra Cənubi Koreyaya gedə biliblər.

Gəldikləri ölkədə həbs edilən işçilər 3 aylıq kəşfiyyat araşdırmasının ardından azad edilib.

Şimali Koreya isə deyir ki, Cənubi Koreya işçiləri oğurlayıb.

"Vətəndaşlarımızı xilas edib ölkəmizə gətirənədək mübarizə aparacağıq", Koreyanın Mərkəzi teleqraf agentliyinə işçilərin xilası ilə əlaqədar yaradılmış xüsusi komitənin üzvü deyib.

Hüquq müdafiəçiləri deyirlər ki, 30 min şimali koreyalı kasıblıq və hökümətin təqiblərinə görə Cənubi Koreyaya gedib.

Lakin qrup şəklində qaçmaq çox az hallarda baş verir.

Xarici ölkələrdə çalışan şimali koreyalılar əsasən KXDR-in Fəhlə partiyasının inanılmış üzvlərinin ailələrindən seçilir. Onlar xaricdə yalnız ixtisasartırma və iş təcrübəsi məqsədilə çalışa bilərlər.