Rio Olimpiya Oyunları Maracana karnavalı ilə sona yetdi

Fotonun müəllifi AP

Rio 2016 Olimpiya Oyunları möhtəşəm karnaval ilə sona yetdi və Olimpiya bayrağı 2020-ci ildə keçirilməsi üçün rəsmi olaraq Tokioya ötürüldü.

3 saata yaxın davam edən rəngarəng bağlanış tədbirində Braziliya incəsənəti nümayiş olunub və nəmli Maracana-da keçirilib.

Tokionun maraqlı səhnəciyi və canlı karnaval paradı daha çox diqqət çəkənlər sırasında olub.

"Valehedici şəhərdə valehedici Olimpiya keçirilidi", Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Thomas Bach deyib.

Fotonun müəllifi AFP
Image caption Braziliyalı model Izabel Goulart karnavala qatılanlar sırasında idi
Fotonun müəllifi Getty
Image caption Açılış mərasimində yağlı bədəni ilə məşhur olan Pita Taufatofua yenidən səhnəyə qayıdıb
Fotonun müəllifi Getty
Image caption bağlanış mərasimində müxtəlif geyimli karnaval iştirakçıları maraqlı səhnələr nümayiş etdirib

Dünyanın 206 millətindən və qaçqın komandasından ibarət olan 11 303 idmançını birləşdirən 31-ci Olimpiya Oyunlarında 16 gün davam edən yarışdan sonra Bach rəsmi olaraq bağlanış elan edib.

Gecənin ən çox alqış qazanan göstərişi Yaponiya baş naziri Shinzo Abe səhnəyə kompyüter oyunu olan Super Mario personajının paltarında, stadiondakı yaşıl borunun içindən qalxaraq gəlməsi səhnəsi olub.

Fotonun müəllifi Getty
Image caption Yaponiya baş naziri Shinzo Abe səhnəyə kompyüter oyunu olan Super Mario personajının paltarında çıxıb
Fotonun müəllifi Reuters
Image caption 32-ci Olimpiya Oyunları 2020-ci ildə Tokioda keçiriləcək

Dünyada milyardlarla insanın izlədiyi mərasimin özəlliklərindən biri də atletlərin paradı və Olimpiya məşəlinin söndürülməsi səhnəsi olub.

Azərbaycanlı idmançılar Rio 2106 Olimpiya Oyunlarında ümumilikdə 18 medal qazandılar ki, onlardan biri qızıl, 7-si gümüş və 10-u bürünc medal oldu. Oyunlarda ilk və yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazanıb.

Bu barədə daha geniş